У нас вы можете посмотреть бесплатно Bakıda əməliyyat zamanı çəkiliş aparılan klinika ilə bağlı rəsmi qərar или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bakıda əməliyyat zamanı çəkiliş aparılan klinika ilə bağlı rəsmi qərar Bir neçə gün öncə “Baylarsoylar” adı ilə tanınan bloger Arifə Məmmədova “Medipoint” adlı klinikada süni mayalanma əməliyyatına girərək həmin anları sosial şəbəkə hesabında yayımlayıb. Məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, son günlərdə sosial şəbəkələrdə və mediada tibb işçilərinin əməliyyat zamanı canlı yayımlar aparması və kənar şəxslərin çəkiliş etməsi faktları qeydə alınıb. Belə hallarla əlaqədar Analitik Ekspertiza Mərkəzi tərəfindən mövcud qanunvericilik çərçivəsində araşdırmalar aparılır, nəticələrə uyğun olaraq xəbərdarlıq və cərimələr tətbiq olunur: “Mediada yayılan məlumata əsasən, 23 iyul 2025-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Şövkət Məmmədova küçəsi, 4C ünvanında yerləşən “Health Group” MMC-yə məxsus “Medipoint” klinikasında plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəyyən olunub ki, 7 iyul 2025-ci il tarixində pasiyentə qadın konsultasiyası çərçivəsində həkim Vüsalə Rəhimova tərəfindən endometriyanın kəsilməsi və diaqnostik histeroskopiya əməliyyatı icra edilib. Ambulator müşahidə kartında və qeydiyyat jurnalında əməliyyatla bağlı məlumatlar mövcuddur. Lakin histoloji müayinənin nəticələri əməliyyat jurnalında əks olunmayıb. Eyni zamanda yoxlama zamanı klinikada ekstrakorporal mayalanma (EKM) prosedurlarının aparılması üçün lazımi maddi-texniki bazanın olmadığı, yalnız hazırlıq mərhələsinin həyata keçirildiyi aşkar edilib. Həkim Vüsalə Rəhimova mama-ginekologiya ixtisası üzrə sertifikasiya imtahanından keçmiş olsa da, EKM ilə bağlı tələb olunan sənədlər yoxlama zamanı təqdim edilməyib. Araşdırmanın nəticəsi olaraq həkim Vüsalə Rəhimovaya klinikanın direktoru tərəfindən töhmət, baş həkim Aynur Cavadovaya isə rəsmi xəbərdarlıq elan olunub”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Bakıda əməliyyat zamanı çəkiliş aparılan klinika ilə bağlı rəsmi qərar 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #əməliyyat #klinika