У нас вы можете посмотреть бесплатно Ukrayna Rusiyanın hərbi texnikalarını məhv etdi! - Ordu bu şəhərə girdi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ukrayna Rusiyanın hərbi texnikalarını məhv etdi! - Ordu bu şəhərə girdi Rusiya ilə Ukrayna arasında vəziyyət gərgin olaraq qalır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, son sutka ərzində cəbhədə gedən döyüşlərdə Rusiya Ordusunun daha 1060 hərbçisi öldürülüb. Bununla yanaşı, müdafiə qüvvələri 6 tank, 28 zirehli döyüş maşınını, 8 artilleriya sistemini, 2 raket, 108 əməliyyat-taktiki dron, 131 nəqliyyat vasitəsini sıradan çıxarıb. “Financial Times”da yayılan məqalədə isə qeyd olunub ki, Rusiya Ordusu Ukraynanın şərqində hücumları gücləndirib, Pokrovsk ətrafında vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. Rusiyanın kiçik qoşunları şəhərə daxil olmağa nail olub. Buna səbəb olaraq isə Ukrayna Ordusunda şəxsi heyət çatışmazlığı göstərilib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, gecə ərzində Hava Hücumundan Müdafiə qüvvələri Kaluqa, Bryansk vilayətləri və Moskva regionunda Ukraynanın 17 PUA-nı məhv edib. Moskva meri Sergey Sobyanin əlavə edib ki, müdafiə sistemləri Moskvaya doğru uçan üç PUA-nı vurub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə hücumu nəticəsində yanğın baş verib, hərəkətdə olan avtomobil yanıb, mülki şəxs xəsarət alıb. “Rosaviasiya”nın yaydığı məlumata görə, gecə və səhər saatlarında PUA hücumu ilə əlaqədar olaraq sərnişinlərin təhlükəsizliyinin qorunması məqsədilə Kaluqa, Orenburq, Samara və Orsk hava limanlarında təyyarələrin uçuşuna və enişinə müvəqqəti məhdudiyyətlər qoyulub. Daha sonra isə məhdudiyyətlər qismən aradan qaldırılıb. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv Ukrayna Rusiyanın hərbi texnikalarını məhv etdi! - Ordu bu şəhərə girdi 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #ukrayna #rusiya #ordu #müharibə #hərbitexnika