У нас вы можете посмотреть бесплатно Əngəlli insanlar yoxsa, əngəlli cəmiyyət? _Reportaj или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan yarım milyondan çox əngəlli insan var. Ancaq nə şəhərin küçələrində, nə də digər ictimai yerlərədə onlara rast gəlinmir. Bəzilərində yaşadığı problmlərdən doğan özünəqapanma hissini cəmiyyətin aşığılayıcı baxışları biraz da artırır, şəhərin hündür bardyorları, pandussuz pilləkənləri, lifti işləməyən binaları da onları evlərdə həbs edən səbəblər sırasındadır.. Bəs onların bizə məlum olan və olmayan başqa hansı problemləri var? Əngəlli insanların onsuz da çətin olan həyatına biz hansı əngəllər qoyuruq? Belə insanlardan biri Telman Əsgərov Azərbaycanda əngəlli olaraq yaşamağın nə demək olduğunu bizə danışır: Telman Əsgərovu narahat edən səbəblər sırasında əlillərin reabilitasiyası işinin yaxşı qurulmamasıdır. Əlilin aldığı müavinət də onların lazımi müalicəni alması üçün yetərli olmur. 41 yaşlı Telman Əsgərov deyir ki, dövlət tərəfindən verilən sosial müvinət işsiz bir əngəlli insanın özünün və ailəsinin yaşamı üçün yetərli deyil, bu baxımda onlar yaxılarından asılı vəziyyətdirlər. Digər tərəfdən bu gün nə dövlət idarələri, nə də özəl müəssisələr əngəlli şəxsləri işə qəbul etməyə könüllü deyil. Qanunvericilikdə bu məcburi norma kimi nəzərdə tutulsa da, icra mexanizmi yox səviyyəsindədir. Niyə Bakı şəhərinin ictimai infrastrukturu qurularkən əngəlli insanlar nəzərə alınmır? Axı heç kim, hətta bu şəhəri qurub --yaradanlar,icitmia obyektlərin sahibləri da bənzər aqibətdən sığortalanmayıb. Düşünün ki, hansısa bir qəzaya uğramısız və pandus olmadığı üçün öz idarənizə belə girə bilmirsiz. Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev də görmə qabiliyyətini itirmiş insanların ictimai həyatdan məhrum qalmasının sosial səbəblərindən danışır. Bu problemlərlə bağlı təkcə əngəlli insanlar deyil hər birimiz mübarizə aparmalıyıq. Çünki heç birimiz bu aqibətdən sığortalanmamışıq. Aramızda onlara da yer açmalıyıq ki, fiziki problem yaşayan bu insanlara mənəvi əzabı da biz yaşatmış olmayaq. Həm də buna heç bir haqqımız olmadığı halda.