У нас вы можете посмотреть бесплатно Zəhərli zobun MÜALİCƏSİ - Bunu etsəniz... или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ramil Nadirov Facebook: / ramilnadirov.az İnstaqram: phd_ramil_nadirov Tel: 050 386 97 66 e-mail: [email protected] Qalxanabənzər vəzinin böyüməsi ilə qandakı T3 və T4 hormonları da artmış olur. Qalxanabənzər vəzidə ifraz olunan hormonların qanda yüksəlməsi nəticəsində xəstədə bəzi ciddi simptomlar – şikayətlər yarana bilər: duyğu pozğunluğu (mood change), arıqlama, əllərdə titrəmə, ürək vurğularının artması, temperatura davamsızlıq, tərləmə, cinsi istəyin azlaması, aybaşı tsiklinin pozğunluğu, sonsuzluq. Zəhərli zob diffuz və ya düyünlü ola bilər. Diffuz olan zəhərli zob Qreyv xəstəliyi kimi də adlandırılır. Qreyv xəstəliyi hər yaşda, hər insanda müşahidə edilə bilər, amma daha çox orta yaşlı qadınların xəstəliyidir. Qreyv xəstəliyi autoimmun xəstəlikdir, yəni xəstənin öz immun sisteminin ortaya çıxardığı bir vəziyyətdir. Belə xəstələrdə sonsuzluq problemi yarana bilir və bu zaman süni mayalanma müalicəsi daha çox tətbiq edilir, lakin xəstənin qalxanabənzər vəzi hormonlarının normal balansı təmin olunduqda reproduktiv funksiyalar öz-özlüyündə bərpa oluna bilər. Zəhərli-düyünlü zoblar daha yetkin yaşlı qadınlarda müşahidə edilir. Bu xəstəlikdə də bədənin özünün yaratdığı anticisimlərin rolu olmalıdır, çünki belə xəstələrin 25%-də anticisim yüksək olur. Zəhərli düyünlü zob xəstəliyi olanlarda tez əsəbiləşmə, 90% xəstədə arıqlama, istiyə dözümsüzlük, tərləmə, ürək döyüntülərinin sürətlənməsi və ritm pozğunluğu, ürəkbulanma, qusma, aybaşı pozğunluğu, sonsuzluq, əzələ zəifliyinin nəticəsi olaraq titrəmə, yaşlılarda ürək çatışmazlığı, temperatur və qalxanabənzər vəzi düyünlərinin əllənməsi simptomları olur. Zəhərli zoblarda 3 növ müallicə metodu vardır: dərman ilə müalicə; radioaktiv müalicə; cərrahi müalicə. Xəstə gəncdirsə, əvvəl dərman müalicəsi ilə başlayıb sonra cərrahi etmək lazımdır. Daha yetkin xəstələrdə zob çox böyük deyilsə, radioaktiv yod ilə qalxanabənzər vəzi yox edilə bilər.