У нас вы можете посмотреть бесплатно Bakıda genişmiqyaslı əməliyyatlar: “patı” və “şüşə” satan 19 nəfər yaxalandı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan “patı”, “şüşə” adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında “şüşə”, yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Orucov saxlanılıb. Onun üzərindən və Suraxanı rayonundakı evindən 50 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 kiloqram 430 qram heroin və xeyli sayda bank kartları aşkar edilib. Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, 100 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd “COLD” markalı tapança, iki ədəd həmin silaha aid sandıqça, 16 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və onlayn narkotik satışı zamanı istifadə olunan bank kartları aşkar edilib. Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı paytaxt sakinləri - əvvəllər məhkum olunmuş Ceyhun Cəfərzadə və Rəşid Əliyev saxlanılıblar. Bu şəxslər, əsasən, Sabunçu və Lökbatan qəsəbələrində psixotrop maddə olan metamfetamin, eləcə də digər narkotik tərkibli maddələrin satışını həyata keçiriblər. Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Analoji tədbirlər Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də rayonun Əmircan qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı qeyd edilən qəsəbədə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan 7 nəfər - Emil Qaraxanov, Mətləb Qəhrəmanov, Vaqif Hüseynov, Rəhman Qurbanov, Anar Əliyev, Səttar Fərəcov və Böyükağa Nəhmətov saxlanılıb. Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 700 qramdan artıq “patı” adlanan metamfetamin aşkar edilib. Xəzər Rayon Polis İdarəsinin və 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Əməliyyat zamanı Binə və ətraf ərazilərdə narkotiklərin satışını həyata keçirən İmran Əliyev, Həsən Əsədullayev, Ruslan Dəmirov, Rahib Quliyev və qardaşı Sərraf tutulublar. Bu şəxslərdən satmaq üçün əldə etdikləri külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunub. Faktlarla bağlı Xətai, Nizami, Suraxanı və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. ✅ Rəsmi saytımız: https://apa.tv ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial ✅ Rəsmi teleqram səhifəmiz: https://t.me/apa_tv ✅ Rəsmi youtube kanalımız: https://www.youtube.com/APAGROUPOffic... Copyright © APA TV #apaxeber #youtube #az #aze #baku #baki #баку #azerbaijan #azerbaycan #xeber #xeberler #azxeber #xeberaz #xebershow #showxeber #sonxeber #bakuxeber #gundemxeber #xebersaati #maraqlixeberler #aztagram #qaynarxeberler #expressxeberler #xeberlerazerbaycan #trend #sonxeberlerbugun2021