У нас вы можете посмотреть бесплатно "Tənhalıq" səs-Nicat Nizami,şeir-Ramiz Rövşən или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
👑➡ Kanalıma Xoş Gəlmisiz... 👑➡ Belə paylaşımlar üçün videonu bəyənməyi və kanala abone olmağı unutmayın... 👑➡ İşBirliyi və Əlaqə Üçün- [email protected] İnstagram-https://instagram.com/nicatnizami?igs... Facebook- / nicat.memmedov.52459 Özümüz olduğumuz Yerlərdir - Şeirlər...🌠 Tənhalıq Ramiz Rövşən Tənhalıq başlayır burdan o yana, Keçdikcə keçilməz,atam balası. Ayları,illəri tutsan boyuna, Çayları,çölləri tutsan boyuna, Ölçdükcə ölçülməz,atam balası. Daha çoxlarıyla aram sərinlər, Çoxları boynuma sevinməz daha. 23 yaşımda məni sevənlər 33 yaşımda sevəmməz daha. Mən axı nə çöləm,nə yol,nə küçə, Mən axı hamının ola bilmərəm. Məni sevənlərdən ötrü ölüncə, 23 yaşımda qala bilmərəm. İlahi,qocalıq buymuş deməli, Dostlardan səssizcə qırılır adam. Ömür bir bulanıq suymuş deməli, Ömür azaldıqca durulur adam. Daha balta kəsməz ağlım kəsəni, Dünyanın dadını bilirəm daha. Bu qoca dünyada hər nəfəsimi, Ağacdan meyvətək dərirəm daha. Son nəfəs dünyada hər şeyden şirin, Şair də qocalır,ölür,bilirəm. Sözünden qan iyi gələn şairin, Ağzından süd iyi gelir,bilirəm. Bu dünya bir qaynar qazanmış demə, Söndürməz odunu nə qar,nə yağış. Dünyayla dalaşmaq asanmış demə, Çətini dünyayla barışmağıymış.