У нас вы можете посмотреть бесплатно Qızlarda genital bitişiklik-sinexiya | Ginekoloq Xeyale Ismayilova или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qızlarda genital bitişiklik-sinexiya cinsiyyət dodaqlarının bir-birinə yapışması halıdır. Adətən körpə doğulduqdan 7-8 həftə sonra meydana çıxır. Səbəbi isə estrogen hormonunun səviyyəsinin aşağı olmasıdır. Təxminən qızların 2-5%-də və daha çox 3 ay - 6 yaş arası uşaqlarda rast gəlinir. Patoloji prosesin yaranması özünü biruzə verməyə bilir və uzun müddət valideynlər tərəfindən fərq edilmir. Uşağın narahatlığına səbəb olan sidik ifrazının çətinliklərini valideyn aşkar edərək həkim müraciət edə bilər. Sinexiya ilə bağlanan sidik kanalı usağın sidik ifrazatını çətinləşdirə bilər. Sinexiyanın müalicəsini yalnız yaranma səbəbini aşkar etdikdən sonra aparmaq lazımdır. Xəstəliyin başlanğıc mərhələsində müalicə aparılması məsləhətdir, yaxma analizləri və digər müayinələr aparılmalıdır. Gec aşkar olunan sinexiyalar yalnız cərrahi üsullarla müalicə olunur. TƏHSİLİ 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə ilə bitirib. 2004-2005-ci illərdə M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında cərrah ixtisası üzrə internatura kursu keçmişdir. 2005-2008-ci illərdə mamalıq və ginekologiya ixtisası üzrə Azərbaycan Tibb Universitetinin nəznində kliniki ordinatura kursu keçmişdir. HAQQINDA: 2005-2006-cı illərdə Respublika Doğum Evində çalışmış. 2006-2008-ci illərdə 2 saylı E.Əfəndiyev adına xəstəxanada klinik ordinatura kursu keçib. 2009-2013-ci llərdə Turan klinikasında həkim mama-ginekoloq olaraq fəaliyyət göstərmişdir. 2013-2016-cı illərdə Medika Hospital klinikasında həkim mama-ginekoloq kimi fəaliyyət göstərib. 2014-cü ildən etibarən 1 saylı Dəmir Yol Poliklinikasında həkim-ginekoloq kimi fəaliyyət göstərib 2016-cı ildən Mediland Hospitalda həkim-ginekoloq vəzifəsində çalışır. 2017-ci ilde Rusiyada Uşaq ginekologiyası üzre ixtisaslaşıb.