У нас вы можете посмотреть бесплатно Azərbaycanlıların soyqırımı tarixi Qubada qeyd olundu 2 03 2018 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Gənclər və İdman Nazirliyinin 2018-ci ilin I yarımilliyi üçün tədbirlər Planına əsasən Quba rayonunda “31 mart Azərbaycanlıların soyqırımı Günü”nə həsr olunmuş zona miqyaslı konfrans keçirildi. Konfransda zona üzrə rayon (şəhər) gənclər və idman idarələrinin rəisləri və mövzu ilə bağlı çıxış edən gənclər iştirak etdi. Tədbirin proqramına uyğun olaraq, konfransdan əvvəl tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini və Quba Soyqırım Muzeyini ziyarət edib, tarixi materiallar və zəruri eksponatlarla yaxından tanış oldular. Daha sonra iştirakçılar Heydər Əliyev mərkəzində mövzu ilə bağlı gənclərin rəsm işlərindən ibarət təşkil edilmiş sərgi ilə tanış oldular və zona miqyaslı konfrans öz işinə başladı. Dövlət himni səsləndirildi, şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəallığı daha da artırılmalıdır. Eyni zamanda qeyd edilən sahədə maarifləndirmə və təbliğat işinin gücləndirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi, sosial şəbəkələrdə gənclərin daha konstruktiv fəaliyyət göstərməyə təşviq edilməsi istiqamətində təkliflər verildi. #GənclərvəİdmanNazirliyi