У нас вы можете посмотреть бесплатно Ermənistanın çörəyi Azərbaycandan keçəcək или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Son ayların bəlkə də ən səs-küylü xəbəri. Heç nə udulmasa da, hər şey arxada qalır. Münaqişə, müharibə, düşmənçilik, qadağalar. Azərbaycandan Ermənistana tarixi jest. Bakı Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyəti aradan qaldırdı. Bu məhdudiyyət 90-cı illərin əvvəllərində tətbiq olunmuşdu. Bu o vaxt idi ki, Qarabağ münaqişəsi alovlanmış, Ermənistan ərazilərimizi işğal edirdi. O vaxtdan Azərbaycanla Ermənistan arasında bütün əlaqələr kəsildi. Bununla da Ermənistan öz əli ilə özünə qəbir qazdı. Həmin illərdə Bakı bir çox dövlətlə gələcəyin yolunu cızırdı. Gürcüstan və Türkiyə ilə bir sıra iri layihələr gerçəkləşirdi. Hər kəs qazanır, Ermənistan itirirdi. Beləliklə, Azərbaycan bütün layihələrdən kənarda qalan Ermənistanı dalana saldı. İndi İrəvanı dalandan çıxarmaq vaxtıdır. Bakı ilə İrəvan arasında yeni dövr başlayır. Tranzit qadağasının götürülməsi gələcəkdə Azərbaycanla Ermənistan arasında ticarət imkanı də açacaq. Bakının İrəvana tarixi jesti ən çox Paşinyanın işinə yarayacaq. Qarşıdan parlament seçkiləri gəlir. Paşinyan indi xalqına göstərmək istəyir ki, sülh təkcə siyasət deyil, həm də çörəkdir. 33 ildən sonra Azərbaycan üzərindən Ermənistana gedən ilk yük də çörək, yəni buğdadır. Simvolikdir. Ümid edək ki, Ermənistana verdiyimiz çörək bu dəfə dizlərinin üstündə olmayacaq. Bizi İzləyin: Whatsapp: https://bit.ly/457kdup Facebook: https://bit.ly/3H6GtMT Instagram: https://bit.ly/46wEkoi Teleqram: https://bit.ly/3INUKP2 Sayt: https://bit.ly/3UzGQme Copyright © İCTİMAİ TV