У нас вы можете посмотреть бесплатно Rusiya zəifləyir, İran isə narahatdır ki... | İran XİN başçısının Ermənistana səfərinin səbəbi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Rusiya zəifləyir, İran isə narahatdır ki... | İran XİN başçısının Ermənistana səfərinin səbəbi “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən İranın Azərbaycanı Naxçıvana birləşdirən yolla bağlı çox aydın mövqeyi var. İranın eskalasiya riskindən narahatlığı da məhz bu mövzudadır”. Bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski İran xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfərini şərh edərkən deyib. O bildirib ki, A.Əraqçinin səfəri zamanı həm regional, həm də geosiyasi proseslərə aid genişspektrli məsələlər müzakirə olunub: “Maraqlıdır ki, İran tərəfinin kifayət qədər tez-tez istinad etdiyi regional “3+3” formatı məsələsi gündəmə gətirilməyib. Düşünürəm ki, buna səbəb səfərdə əsas diqqətin İrəvan-Bakı münasibətləri məsələsi olmasıdır”. O hesab edir ki, İran Ermənistanla daha sıx xarici siyasət koordinasiyasını həyata keçirmək istəyir: “Lakin Ermənistanın Qərblə münasibətləri buna müəyyən qədər mane olub. Baxmayaraq ki, ABŞ-nin yeni prezidentinin administrasiyası Cənubi Qafqazda fərqli siyasət yürüdür və bu, Ermənistanı Rusiya və İranla münasibətlərinə yenidən baxmağa vadar edir. Burada problem yeni administrasiyanın kəskin anti-İran mövqeyində olmasıdır. Ümumiyyətlə, Ermənistan-İran münasibətlərinin inkişafı geosiyasi mürəkkəbliyi olan bir prosesdir, lakin bu, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərində problemlər yaşayan Ermənistan üçün çox vacibdir”. Onun fikrincə, son illər İran vaxtaşırı regiona diqqətəlayiq səfərlər edir və bütün bunlar İranın Cənubi Qafqazda təsirini dərinləşdirməyə yönəlib: “Bu, həm də Rusiyanın mövqelərinin zəifləməsi və Türkiyənin daha da güclənməsi ilə bağlıdır. Buna görə də İran imkan daxilində təşəbbüslər göstərir”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Rusiya zəifləyir, İran isə narahatdır ki... | İran XİN başçısının Ermənistana səfərinin səbəbi 2025 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #abş #abşprezidenti #donaldtrump #iran #xamenei #rusiya #iranxin #rəsmisəfər #görüşlər #hadisələr #bakutvreels