У нас вы можете посмотреть бесплатно “Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI “Arzunun vaxtı” verilişinin budəfəki buraxılışında yardıma ehtiyacı olan 19 yaşlı Aydın Əkbərovun həyat hekayəsindən bəhs olunub. Aydının anası Gülşən Sultanova bildirib ki, oğlu epilepsiyadan əziyyət çəkir və bu vəziyyət onun gündəlik həyatını çətinləşdirir. Gülşən Sultanovanın sözlərinə görə, 3 övladı və həyat yoldaşı ilə birlikdə 10 il daxmada yaşayıblar. “Uşaqlarımdan ikisi epilepsiya xəstəsidir. Daxmada yaşamaqdan və nəm yerdə yatmaqdan həyat yoldaşım və övladlarım xəstələndilər. Yoldaşım həyatını itirəndən sonra uşaqlarımla birlikdə atamın evinə köçdük. Aydının qıcolmaları tuturdu, burada yaşaya bilmirdi”, – deyə o əlavə edib. Gülşən Sultanova oğlunun müalicəsi üçün maliyyə imkanlarının çatmadığını söyləyib: “Hər 6 aydan bir müalicə almalıdır, amma pensiyası kəsilib deyə həkimə apara bilmirəm. Aydın dərmanla yaşayır, ona baxıram, buna görə də işləyə bilmirəm. Özümün də mədə-bağırsaq problemim var. Anamın və atamın pensiyası ilə dolanırıq”. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, Aydın Əkbərovun əlilliyi müvafiq olaraq qiymətləndirilib. Elektron sistem üzərindən aparılan qiymətləndirmə və 2026-cı ildə həkim ekspertlərin əyani baxışı nəticəsində onun hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq, Aydın Əkbərovun əlillik diaqnozu təyin edilməyib. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber https://x.com/bakutvofficial / baku.tv https://www.baku.tv “Anama yalvarırdım ki, dərman al” - Epilepsiya xəstəsi Aydının anası fəryad etdi | ARZUNUN VAXTI 2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #bakutvxəbər #gündəm #arzununvaxtı #epilepsiya #xəstəlik #bakutvarzununvaxtı baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan