Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб İranın Azərbaycana qərəzi nə vaxt bitəcək? в хорошем качестве

İranın Azərbaycana qərəzi nə vaxt bitəcək? 1 месяц назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



İranın Azərbaycana qərəzi nə vaxt bitəcək?

Məlumdur ki, son 2-3 ildə İran-Azərbaycan münasibətlərində zaman-zaman gərginlik yaşanır. Azərbaycan əl uzadır, İran isə o əli gah tutur, gah da buraxır. Bu ölkədə bəzi dairələrin Azərbaycana nifrəti o həddə çatıb ki, təhdiddən təhqirə keçiblər. Qüdsə gedən yolu Bakıdan salmaq istəyən SEPAH, Bakıda İsrail səfirliyini vurmağa çağırış edən deputatları, Zəngəzur dəhlizi açıla bilməz deyən rəsmiləri. Bunlar son 1 ildə İran tərəfindən Azərbaycana qarşı olan hədsizliklərdən sadəcə bir neçəsidir. Bundan əvvəli və sonrası isə daha acınacaqlıdır. Tehranda səfirliyimizə hücum aktını xatırlayırsız. Terror aktından dərhal sonra terrorçunu ruhi xəstə elan edən İranda ondan müsahibə də almışdılar. Sonradan ona hökm oxunmuşdu. Biz terrorçunun edamını gözləyərkən, İran bizi yenə aldadırmış. Prezident İlham Əliyev bu həftə bəlkə də ilk dəfə İranla bağlı bu qədər açıq və sərt danışdı. Dövlət başçısı bir növ Tehranın çirkin davranışlarını üzlərinə çırpdı. Azərbaycan Prezidentinin dedikləri bu ölkədə bomba effekti yaratdı. Təbriz küçələrinə İlham Əliyevin şəkilləri yapışdırıldı. Güney azərbaycanlılar bununla Azərbaycana, Azərbayan Prezidentinə edilən təhqirlərə çox anlamlı cavab verdilər. İlham Əliyev ilk dəfə İranın yeni rəhbərliyi ilə bağlı mövqeyni də açıqladı. Bu barədə danışmaq hələ tezdir deməklə, Tehrandan pozitiv addımlar gözlədiyinə işarə etdi. Tehran bunu edəcəkmi? Bu həftə İranın Ali Milli Təhlükəszilik Şurasının katibi Əli Əkbər Əhmədian gözlənilmədən Bakıya gəldi. İlham Əliyevin söylədiklərinin ertəsi gün İran Azərbaycana dostluq mesajı verirdi. Bugünədək İrandan Azərbaycana, eləcə də əksinə çox səfərlər gerçəkləşib. Amma təəssüf ki, İranın qərəzi çox vaxt bu səfərlərdən sonra da davam edib. Ümid edək ki, Əhmədianın səfəri fərqli atmosfer yaradacaq. Zəngəzur dəhlizi açıla bilməz deyən Tehranda bu məsələdə irəliləyiş var. Bakıdan birbaşa İrəvana gedən Əhmədianın gündəmi yəqin ki, elə Zəngəzur dəhlizidir. Azərbaycan bütün qonşuları ilə, eləcə də İranla dost olmaqda maraqlıdır. Amma təəssüf ki, İranda bəzi dairələr gücsüzlüklərini təhqirlə nümayiş etdirməkdə davam edirlər. Özlərinin açıq deyə bilmdiklərini əyalət mollasına dedirdirlər. Azərbaycan İrandan üzr gözləyir. Bu üzr olacaqmı? Əgər Rusiya kimi güclü dövlət Azərbaycandan üzr istəyirsə, İranın da Azərbaycandan üzr istəməsi mümkünsüz deyil. Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8Q... Facebook:   / ictimai.tv   Instagram:   / ictimaitv.official   Teleqram: https://t.me/tvictimai Sayt: https://itv.az/ Copyright © İCTİMAİ TV #itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Comments