У нас вы можете посмотреть бесплатно Əli Kərim - Atamın xatirəsi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Şeir: Əli Kərim - Atamın xatirəsi Səsləndirmə: Nurəddin Mehdixanlı Biraddımla'ya YouTubeda abunə olmaq: https://bit.ly/3gsJpm1 Biraddımla'nın sosial şəbəkə ünvanları: Instagram: https://bit.ly/3gsKkms Facebook: https://bit.ly/3GoODKl TikTok: https://bit.ly/3r3sAHt Telegram: https://bit.ly/3unQMn8 E-poçt: [email protected] ƏLİ KƏRİM - ATAMIN XATİRƏSİ O, sərt idi. Səhər dərsə tələsəndə mən Bildirməzdi yolda durub boylandığını. Bircə dəfə söz açmazdı qəlbindəkindən, Söyləməzdi övlad üçün çox yandığını. Gizli-gizli məni süzüb gülərdi bəzən, Durub-durub güc gələrdi əyri qəlyana. Övladına bircə dəfə "can" söyləməkdən Övlad üçün can verməyi asandı ona. Əməksevən, ağır, enli, cod əli vardı, Tale kimi endirərdi çiynimə hərdən. Sərt üzünə bircə anlıq səhər doğardı Bilməzdim ki, hansı nurlu düşüncələrdən. Sevgisi də soyuq idi – təzə əkini Hər bəladan hifz eləyən qalın qar kimi. Moskvada oxuyurdum, Tərk etdi məni. Gələn zaman bir əbədi ayrılıq dəmi Gah istəyib məni görə. Gah deyib ki, mən qoy bilməyim. O, utanıb öz ölümündən. Ah, o, niyə belə etdi, bu nə qubardı? Nə zamansa bu nişanda bir atam vardı. 1959 Nurəddin Mehdixanlı: ".. Qəribəsi budur ki, insan yaşa dolduqca uşaqlığını xatırlamağa başlayır. Çünki biz daha çox itirdiyimiz və itirilmiş şeylərə dəyər veririk. Yanımızda, əlimizin içində olanda ona qiymət verə bilmirik. Nəyə görə uşaqlıq illəri doğmadır? Çünki atan, anan var idi, uşaq idin, qayğıların, problemlərin, çiynində həyatın yükü yox idi. O yaşda istədiyin şeylər rahatlıqla reallaşırdı. Səhər tezdən hamı bir yerdə süfrə başına toplaşardı. Şəhərdə ulduzları görmək olmur. Burada göy yerdən çox uzaqdır. Bilmirəm göy nəyə görə adamlarından qaçır? Amma kənd yerlərində göy yerə çox yaxındır. Elə bilirsən bu dəqiqə üstünə töküləcək. Mən tez-tez imkan tapdıqca o anları yaşamaq üçün rayona gedirəm... Uşaq vaxtı bu yaşadıqlarımın fərqinə varmırdım. Amma indi bəzən o şeyləri yaşayırsan və bədənindən gizilti keçir. Elə bilirsən o illərə qayıtmısan. Biz bal arıları saxlayardıq. Demək olar ki, dərslərimi arılara baxa-baxa oxuyurdum. Kənd bulağımız yadımdadır, çox gözəl suyu var idi. Oranın havası çox təmizdir, bəlkə ondan irəli gəlir ki, insanları da çox təmizdir, Allaha daha yaxındırlar. Övladlarıma da, öz qardaş-bacılarıma da deyirəm, mən öləndə məni atamın yanında basdırın. Bilirsiniz niyə? Hər insan doğulduğu torpağa tapşırılmalıdır. İnsanın ruhu onda rahat olur. Hazırda öz kəndimizə dünyada mənim üçün ən rahat olan yer kimi baxıram..." #elikerim #ataminxatiresi #nureddinmehdixanli #biraddimla #biraddimlayol