У нас вы можете посмотреть бесплатно Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Valideyn iclası” keçirilib или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
📢 Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Valideyn iclası” keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və “Mərkəz–müəllim–valideyn” əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə ümumi orta təhsil bazasında 3 illik texniki peşə təhsili alan tələbələrin valideynləri ilə “Valideyn iclası” keçirilib. 📍İclası giriş sözü ilə Mərkəzin direktoru Qalib Nəbiyev açaraq, valideynləri salamlayıb və Mərkəzin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra tədris-istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov və Valideyn Komitəsinin sədri Nazim Aslanov çıxış ediblər. 📌 İclasda aşağıdakı məsələlər müzakirə olunub: Cari tədris ilinin gedişi və dərsə davamiyyət; Tələbələrin təlim-tərbiyə göstəriciləri; Mərkəz–valideyn əməkdaşlığının gücləndirilməsi yolları; Nizam-intizam qaydalarına riayət; Gələcək layihə və tədbirlər barədə məlumatlar və birgə əməkdaşlıq. 🤝 İclasın rəsmi hissəsinin sonunda, ilk dəfə olaraq, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Tələbənin nümunəvi davranışına, dərslərdə göstərdiyi fəallığa və yüksək tədris nəticələrinə görə təşəkkürnamə”lər seçilmiş 19 nəfər valideynlərə təqdim edilib. Sonda çay süfrəsi arxasında səmimi müzakirələr aparılıb və valideynlər sinif rəhbərləri, istehsalat təlim ustaları ilə birlikdə dərs prosesi izlənilib. #PeşəTəhsili #QəbələDövlətPeşəTəhsilMərkəzi #EduAz #Valideynİclası