У нас вы можете посмотреть бесплатно Botoks və qaş qaldırma proseduru ❤ Videoda səsli izah olunub. Mezosaplar: или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Mezosaplar Plastik əməliyyatsız tarım, elastik, hamar dəri üçün effektli vasitədir. Yəni mezosaplar ilə keçirilən tredliftinq üsulu, bədənin və üzun toxumalarının hər istiqamətdə “dartılmasına” kömək edir Mezosaplar inyeksiya iynəsindən və iynənin ucunda bərkidilmiş sapdan ibarətdir ap toxumada iynədən asanlıqla ayrılır və bu zaman toxuma zədələnmir. İynənin hazırlandığı tibbi poladın elastikliyi üz dərisinin istənilən mürəkkəbliyə malik relyefində sapı maksimum dəqiqliklə implantasiya etməyə imkan verir. Mezosaplar özləri 100% tam sorulan bioloji steril polidioksanondan ibarətdir və üzəri heç bir materialla örtülməyib ki, bu da allergik reaksiyanın olmamasına və sürətli uyğunlaşmaya təminat verir.Polidioksidan materialının köməkliyi ilə, dəriyə yeridilən saplar yüksək uyunluğa malikdirlər və onlar sonradan 6-9 aya əriyib yox olurlar. Bunun nəticəsi dərhal görünür və 2 il müddətinədək saxlanılır. 6-9 ay keçdikdən sonra saplar parçalanmaya başlanır və nəticədə qaz və suya çevrilirldikdən sonra bədəndən çıxarılır. Sapların yerində birləşdirici toxumadan dərini qırışdan saxlayan “karkas” yaranır. Nəticədə üzün yaxud bədənin, elə bil ki 3D-modelləşməsinə bənzər konturları əmələ gəlir. Buna görə də prosedurun digər adı - 3d-tredliftinq ya da 3d-mezosaplardır.Həmin bu “karkas” üzün tarımlığını 1,5-2 ilədək saxlaya bilir. Sonra proseduru yenidən təkrarlamaq lazım olur. Mezosapların sayi dərinin vəziyyətindən və "karkas strukturunun" gücləndirmə göstərişindən asılıdır və həz zaman ciddi şəkildə fərdi olur. Göz ətrafı üçün minimal miqdar 10 mezosapa bərabərdir. Orta hesabla hər nahiyə üçün 10-20 mezosap sərf edilir. Üz konturunun dartılmasına 50-100 mezosap tələb oluna bilər. Mezosapların sayı həmçinin istifadə edilən mezosapların növündən asılı olacaqdır.