У нас вы можете посмотреть бесплатно Qarabağ tarixi təhlükə ilə üz-üzədir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Tanınmış jurnalist Allahverdi Əsədov Qarabağ həqiqətlərini dilə gətirir. Verilişdə Xəyyam Mirzəzadənin "Arxadan vurulan zərbə" filminə yazdığı musiqidən istifadə olunub. Allahverdi Əsədov 1952-ci il sentyabrın 5-də Azərbaycanın Ağdam rayonunda doğulub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsini bitirib. Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində (indiki Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti) Qarabağ üzrə xüsusi müxbir vəzifəsində çalışıb. Efirə getmiş, eyni zamanda işıq üzü görməyən qiymətli süjetlərin müəllifidir. Hazırda təqaüddədir. Tanınmış sənətşünas, publisist, jurnalist Seymur Elsevərin rəsmi Youtube kanalı. Kanalın məqsədi maarifləndirmək, incəsənətin, dəyərlərin və şübhəsiz ölkəmizin təbliğidir. İxtisasca teatrşünas və rejissor olan Seymur Elsevər “Media açarı” və “Qızıl qələm” mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Teatr Xadimləri, Kinematoqrafçılar, Rəssamlar və Reklamçılar ittifaqlarının, həmçinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvüdür. Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçib, idman ustasıdır. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar və Akademik Milli Dram Teatrlarında, “Bakı”, “Səhər”, “Mədəniyyət”, “Kino” “Press fakt”, “Panorama”, “Bizim əsr”, “Ekspress” qəzetlərində, teleradio qurumlarında, Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan Bəstəkarlar İttifaqında müxtəlif, eyni zamanda 17 il müddətində mədəniyyət nazirliyində məlumat-reklam müəssisəsinin, Qax Dövlət Kukla Teatrının direktoru vəzifələrində çalışıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi iş və ekran dramaturgiyası”, “Kino tənqidi”, “Kinososiologiya”, “Kino tarixi” və sair fənnləri tədris edib. Sənətşünaslıq sahəsində dissertasiya işi üzərində elmi araşdırma aparır. Bakı- 2015 I Avropa Olimpiya Oyunları Əməliyyat Komitəsinin işində yaxından iştirak edərək açılış və bağlanış mərasimləri kataloqlarının, mədəniyyət proqramının, Azərbaycan Respublikası Prezidenti, Azərbaycanın birinci xanımı, Avropa Olimpiya Komitəsi prezidenti və digər rəsmi şəxslərin, nüfuzlu simaların çıxışının və sair mətnlərin redaktəsiylə məşğul olub. Ədəbiyyat və incəsənətimizin, elmimizin təbliğinə, tərənnümünə yönələn iki yüz əlli çap vərəqi həcmində məqalə, müsahibə, resenziya, oçerk, portret yazıların, ssenari və verilişlərin müəllifidir. Yazılarının bir qismi ensiklopediya və kitablarda yer alıb. Dəfələrlə ölkə və beynəlxalq miqyaslı festival, müsabiqə və yarışlar, konfrans və simpoziumlarda, eyni zamanda mədəniyyət yönümlü onlarla müxtəlif tədbirlərin (yubileylər, mədəniyyət günləri və sərgilərin, kitab yazılışı, tərtibi, çapı və sair) ərsəyə gəlməsində təşkilatçı və fəal iştirakçı qismində çıxış edib. İncəsənətə, elmə dair, bununla yanaşı görkəmli şəxsiyyətlərdən, o cümlədən Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Arif Məlikov, Sara Qədimova, Şövkət Ələkbərova, Habil Əliyev, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Tağızadə,Barat Şəkinskaya, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Turabov, Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Cəlal Qaryağdı, Toğrul Nərimanbəyov, Hüseyn Cavid, İsa Hüseynov, Məmməd Araz, Zəlimxan Yaqub, Kamal Talıbzadə, Xudu Məmmədov, Lütfi Zadə, Ömər Eldarov, Arif Babayev, Fərhad Bədəlbəyli, Alim Qasımov, Anar, Ramiz Rövşən, Vidadi Babanlı və onlarla başqalarından bəhs edən yazı və verilişləri maraqla qarşılanıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillə təmin olunub. https://bizim.media/az/cemiyyet/12105... https://525.az/news/263463-sabir-fikr... Audio-vizual kontentlərdən istifadə edən zaman kanalımıza istinad və təşəkkür bildirsəniz minnətdar olarıq. Lütfən, abunə olmağı, bəyənməyi və rəy yazmağı əsirgəməyin. #azerbaycan #gündem #sondəqiqə #baki #sher #prezidentilhaməliyev #surgun #siyasi #xeberler #media #ədəbiyyat #aztv #xezertv #music #mətbuat #incəsənət #sənətkar #itv #xezertv #shoubiznesxabarlari #medeniyet #yazar #dünya #musica #baki #tarix #qiymət #sher #qarabağ #içərişəhər #kino #teatr #qərbiazərbaycan #zəngəzur #qərbiazərbaycanxronikası #göyçə #arb #şuşa #allah © Seymur Elsever palitra 2024 / seymur.elsever