У нас вы можете посмотреть бесплатно Naxçıvan xanı Vasif Talıbov kimdir? - [BİOQRAFİYA] или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
“Azərbaycanın Şimali Koreyası” - Naxçıvandan qazanılan milyonlarla sərvət. Vasif Talıbov artıq 26 ildən çoxdur ki, Naxçıvanı dəmir yumruğu ilə idarə edir. Onun hakimiyyəti dövründə həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalistlər, fəallar təzyiqə, həbsə, digər ölkələrə köçməyə məruz və məcbur qalıblar. Vasif Talıbovun illik maaşı rəsmi olaraq 26 min ABŞ dollarından da azdır. Oğulları isə azödənişli dövlət işlərində çalışırlar - Rza miqrasiya xidməti rəsmisi, Seymur isə Naxçıvan parlamentinin üzvüdür. Vasif Talıbovu hakimiyyətə gətirən fürsət Sevil Sultanova ilə evlilik olub. Sultanovanın anasının dayısı Sovetlərdə yüksək vəzifəli Heydər Əliyev olub. 1990-cı illərdə Sovet İttifaqı dağılma ərəfəsində Əliyev Moskvadan Naxçıvana geri dönür. Qalmağa başqa bir yeri olmadığından o, müvəqqəti olaraq Talıbovun iki yataqotaqlı mənzilində qalıb. O, Talıbovun ona göstərdiyi lütfkarlığa təşəkkürünü növbəti il göstərib. Belə ki, Əliyev Naxçıvan parlamentinin sədri seçildikdən sonra həmin zaman təxminən 30 yaşı olan Talıbovu özünə əsas köməkçi kimi işə götürüb. Heydər Əliyev sonrakı müsahibələrinin birində deyirdi ki, daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər. Talıbovun 60 illik yubileyi münasibəti ilə yerli xəbər agentliyi “Nuhçıxan” Talıbovu “böyük vətənpərvər, qətiyyətli, cəsur və humanist” və həm də “həddindən artıq təvazökar” bir şəxs kimi təsvir edir. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277