У нас вы можете посмотреть бесплатно Teleportasiya (Işınlanma). Kvant fizikası. Şrödingerin pişiyi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Fantastik filmlərin qəhrəmanları üçün teleportasiya adi bir haldır. Bir hərəkətlə onlar havada yox olur və bir neçə saniyədə yüzlərlə və minlərlə kilometr uzaq məsafədə: başqa bir ölkədə və ya başqa bir planetdə peyda olurlar. Bu teleportasiyadır. Bəlkə də, çoxumuz böyük istəklə o xüsusiyyətin bizdə də olmasını arzulamışıq. Nəyi pisdir ki, istədiyin zaman, ürəyin istədiyi ölkədə və ya lazım olan məkanda olacaqsan. Bu cür yerdəyişmə həqiqətən mümkündürmü, yoxsa teleportasiya əbədi olaraq yazıçıların və ssenaristlərin arzusu olaraq qalacaq? Bu sahədə hər hansı bir tədqiqat aparılırmı, fantastik döyüş filmlərinin qəhrəmanlarına bu qədər adi olan texnologiyanın tətbiqinə bir az da olsa yaxınlaşmışıqmı? Bu sualın qısa cavabı - bəli, təcrübələr aparılır və çox aktiv şəkildə. Bundan əlavə, alimlər müntəzəm olaraq elmi jurnallarda kvant teleportasiyasında uğurlu təcrübələr barədə məqalələr dərc edirlər. Bir çox məşhur fiziklər insanların teleportasiya edə biləcəyinə şübhə etsələr də, bəzi mütəxəssislər daha optimistdirlər və teleporterlərin bir neçə onillikdə reallığa çevriləcəyini israrla qeyd edirlər. Gəlin öncə söhbətin nədən getdiyini dəqiqləşdirək. Teleportasiya dedikdə, cismin istənilən məsafədə, işıq sürətindən daha sürətlə hərəkət edərək başqa bir məkana yerdəyişməsi nəzərdə tutulur. Teleportasiya sözü ilk dəfə 1931-ci ildə paranormal hadisələri öyrənməyi sevən amerika publisisti Çarlz Fort tərəfindən icad edilib. O, "Cənnət vulkanları" kitabında kosmosdakı cisimlərin izaholunmaz hərəkətlərini təsvir etmək üçün yunanca τῆλε ("uzaq") və latınca video ("görmək") sözlərindən yaranan televiziya sözünə bənzədərək (latınca porto "daşımaq aparmaq" deməkdir) bir termin düşündü. "Bu kitabda mən, ilk növbədə, teleportasiya adlandırdığım bir növ ötürmə gücünün olduğuna dair dəlillərə baxıram. Məni açıq yalanlar, şayiələr, uydurmalar, xəyallar və xurafatlar toplamaqda günahlandıracaqlar. Belə baxdıqda, hansısa mənada, özüm də belə düşünürəm. Ancaq bəzən, yox. Mən yalnız əsaslı dəlilləri təqdim edirəm", - deyə Fort yazır. Bu cür yerdəyişmə haqqında, həqiqətən, bir çox miflər mövcuddur, məsələn, 1943-cü il Filadelfiya eksperimenti -amerikan esminesi (eskadra mina gəmisi) Eldricin guya 320 km-ə teleportasiya olunduğu bildirilir. Bilirəm çoxunuz bu tip hekayələri sevirsiz amma dində olduğu kimi elmdə də külli miqdarda xurafat və uydurma nəzəriyyələr vardır. Biz isə həqiqətlər üçün burdayıq. Həqiqətdə bütün bu cür hekayələr konspiroloq nəzəriyyəçilərinin mülahizələrindən başqa bir şey deyildir. Onlara görə hakimiyyət orqanları teleportasiya işlərini hərbi sirr kimi ictimaiyyətdən gizlədir.. Bizi sosial şəbəkələrdən takip edin Tiktok https://vm.tiktok.com/ZSJbLdS9W/ İnstagram https://instagram.com/arif.qerib7?utm... Müəllif hüquqları "Baku Cms Media" tərəfindən qorunur. [email protected] / https://www.bakucms.com #arifqerib #maariflənək #teleportasiya #ışınlanma #arifqərib #şrödingerinpişiyi #kvant #kvantfizikası