У нас вы можете посмотреть бесплатно Xaçmazlı şəhid kəşfiyyatçı Ehtiram Heydərovun xatirəsi anılıb 15-10-2021 или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Xaçmazda Vətən müharibəsi şəhidi, kəşfiyyatçı Ehtiram Heydərovun şəhadətinin ildönümü qeyd olunub. Qəhrəman döyüşçünün Uzunoba kəndində keçirilən anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər. Şəhidin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Quru Qoşunlarının hərbi qulluqçusu Heydərov Ehtiram Şahin oğlu 2000-ci il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Ehtiram əsgərliyi bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənin keşiyində durub. Xidməti dövründə dəfələrlə qüsursuz xidmətinə görə fəxri fərman və medallarla təltif olunub. Ehtiram Heydərov Vətən müharibəsinin ilk günündən döyüşlərə başlayıb. Talış, Suqovuşan və Ağdərə cəbhələrində qəhrəmanlıqla savaşıb. Cəsur kəşfiyyatçı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Ehtiram Heydərov ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.