У нас вы можете посмотреть бесплатно Kainatın Sonu: Biq Kranç (Big Crunch) I 4K или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Məlumdur ki, kainatın yaradılması Biq Bənq (Big Bang) adlanan böyük partlayışla başlayır və həmin andan etibarən genişlənməyə davam edir. Elm adamları bildirir ki, kainat müəyyən kütləyə çatdıqda cazibə qüvvəsi səbəbindən genişlənmə prosesi dayanacaq və bu da kainatın öz daxilinə çökməsinə, büzülməsinə gətirib çıxaracaq. Qeyd edilir ki, kainatın büzülmə prosesi Biq Kranç (Big Crunch) adlanan çox yüksək temperatur və sıxılma ilə nəticələnəcək. Bu isə bütün həyati funksiyaların yox olması deməkdir. Stanford Universitetinin fizika professoru Renata Kallosh və Andrei Linde bu mövzu ilə bağlı belə açıqlama verir: “Kainatın aqibəti kiçilməyə və ya yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlarda olan görə bilmədiyimiz hər şey bir protondan da kiçik bir nöqtə qədər kiçiləcək. Sanki qara dəliyin içərisindəsiniz. Qara enerji ilə bağlı ən yaxşı bu izahı tapdıq. Mərhələ-mərhələ neqativ hala gələn bu qara enerji kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək. Fiziklər qara enerjinin neqativ enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bildirirlər. Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulyasiyasının ortasında ola bilərik.” Böyük çöküş kimi ifadə edilən bu elmi nəzəriyyəyə Quranda belə işarə edilir: “Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız gün ilk dəfə yaratdığımız kimi qaytarıb əvvəlki halına salırıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik.” (Ənbiya surəsi, 104) “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. O, aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (Zumər surəsi, 67) Biq Kranç (Big Crunch) nəzəriyyəsinə görə, kainat əvvəlcə yavaş, sonra artan sürətlə çökməyə başlayacaq. Nəticədə sonsuz sıxlıq və temperaturda sonsuz kiçiklikdə olan bir nöqtəyə çevriləcək. Bu elmi nəzəriyyə Quran ayələri ilə tam uyğunluq təşkil edir. Doğrusunu Allah bilir.