У нас вы можете посмотреть бесплатно General Rail Rzayevin qətli (Arxiv 2009 görüntülər) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qətl var, amma nə sifarişçi, nə də qatil var... O, 2009-cu il fevralın 11-də səhər saatlarında evinin önündə xidməti avtomobilinə minərkən başına atəş açılıb. Söhbət müdafiə nazirinin müavini və Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olmuş Rail Rzayevin ölümündən gedir. Bu qətli üstü hələ də açılmayıb. Qatilin (və ya qatillərin) indiyədək tapılmaması bəzi şübhələri gündəmdən düşməyə qoymayıb. Hərbi ekspert Üzeyir Cəfərov ortada çox ciddi amillərin olduğunu və bu səbəbdən həmin qətlin üstünə gərəyincə gedilmədiyini bildirir: «Dövlət başçısı qatilin tezliklə tapılacağını vəd etmişdi. Bu vədin özünü doğrultmadığına təəccüblənirəm. Çox güman, Baş Prokurorluğun da bəlli dərəcədə acizliyi var. Ola bilsin, ciddi faktların ictimailəşməsi, kimlərinsə adının gündəmə gəlməsi arzuolunan deyil. Mən belə təxmin edirəm. Başqa bir variant olsaydı, bu məsələni çoxdan açardılar». Üzeyir Cəfərov sözügedən qətl olayında xarici amil məsələsinə az inandığını söyləyir: «Fərz etsək ki, bunu xarici qüvvələr edib, elə olacağı halda Azərbaycan rəsmiləri üstüörtülü mesajlar verməliydilər. Deməliydilər ki, bəzi dövlətlər Azərbaycanın dövlət xadimlərinə qarşı terror cəhdlərindən də çəkinmirlər. Əgər xariclə bağlı, sətiraltı bir söz belə deyilmirsə, onda bu o deməkdir ki, məsələ Azərbaycanla bağlıdır və indiyədək üstünün açılmamasının da səbəbi budur». ZAHİD ORUC: «YƏQİN İZ QOYMAYIBLAR» Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qətlin icraçı və sifarişçilərinin ötən 5 il içində müəyyən edilməməsini daha çox bu hadisəni törədənlərin peşəkarlığına bağlayır. Deputat qətli hər hansı daxili intriqanın nəticəsi saymağın da doğru olmadığı qənaətindədir: «Bunu həyata keçirənlər səriştə səviyyələrinə görə, görünür, hansısa yüksək dairələri təmsil edirlər. Bu üzdən yəqin ki, iz qoymayıblar. Ümid edirəm ki, hüquq-mühafizə orqanları qarşısında ciddi bir məsələyə çevrilmiş, haqlı olaraq cəmiyyətdə və mediada suallar doğuran bu məsələ, nəhayət, sona çatdırılacaq. Qətlin açılması bütövlükdə təhlükəsizlik mühitinə təsir göstərməklə yanaşı, belə cinayətləri önləmək baxımından da mühüm rol oynayacaq». BAŞ PROKURORLUQ: İSTİNTAQ VƏ ƏMƏLİYYAT-AXTARIŞ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR Fevralın 18-də Baş Prokurorluq mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, «Respublikanın hüquq-mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürülmüş həmin iş üzrə cinayətin açılması və onu törədənlərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində birgə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir».