У нас вы можете посмотреть бесплатно O Clone - "A Miragem" (Azərbaycan dilində) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Salam, videonu izlədiyiniz üçün öncədən təşəkkürlər! Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Hörmətlə: Vüsal Süleymanov (Pianoclasss) Social Media: Instagram: / vusal.suleymanov_pianoclasss Music: Marcus Viana "Klon" serialı Mərakeşin gözəl, ekzotik görünüşləri, onların fonunda unudulmaz məhəbbət əhvalatı, insanın klonlaşdırılması, narkotiklər və müsəlman mədəniyyəti... Məşhur Braziliya telenovellasının - "Klon"un əsasını bunlar təşkil edir. "Klon"un tamaşaçıların böyük marağına səbəb olmuşdu. Telenovellanın müəllifi Qloriya Perez öz əhvalatında nə siyasətə, nə də dinə toxunmadığını deyir. Amma buna baxmayaraq, serial premyerasından sonra kifayət qədər narahatlığa əsas verdi. Premyeraya təxminən iki həftə qalmış Nyu-Yorkda terror aktları baş verdi. Heç kim bilmirdi ki, müsəlman ölkəsinin təsvir edildiyi telenovellanı publika necə qarşılayacaq. Amma telenovella bəzi məqamlara - müsəlmanların terrorçu olmadığına - aydınlıq gətirməkdə kömək edir. Qloriya Perez və telenovellanın rejissoru Jayme Moncardinonun qarşısında heç də asan olmayan vəzifə dururdu. Onlar tamaşaçı marağını 20 saatlıq telenovellaya cəlb etməli idilər. Çünki bundan əvvəlki "Möcüzələr limanı" teleserialı yüksək reytinq qazanmamışdı. Klon serialı (O Clone)Maraqlıdır ki, əvvəlcə "Qlobo" (Braziliyanın teleseriallar istehsal edən məşhur telekompaniyası - red.) rəhbərliyi bu serialı efirə buraxmağı qəti qadağan etmişdi. Baş direktor Marluse Dias da Silva insanın klonlaşması, müsəlmanlıq və narkotika kimi mövzulara toxunan novellanın uğuruna inanmırdı. Müəllif və rəhbərlik arasındakı qarşıdurma düz bir il çəkdi. Bu müddətdə isə "Klon"un əvəzinə ekrana "Möcüzələr limanı" çıxdı. Xeyli gözləmədən sonra Qloriya, nəhayət, rəhbərliyin razılığını alır. Amma novellaya qarşı hücumlar uzun müddət davam edir. Qloriya Perez çəkilişlərdən əvvəl - aktyorların seçimi mərhələsində də çətinliklərlə üzləşib: "Mənim novellamda oynamaq istəmirdilər. Onlar tamamilə əsassız səbəblər gətirirdilər". Qloriya arzuladığı aktyor truppasını tamamilə dəyişməli olduğuna çox təəssüf edirdi. Üstəlik onun fikrində tutduğu rejissor Denize Sarase də müsəlmanlarla bağlı əhvalatı bəyənməyərək, işdən imtina edir. Rejissor necə yanıldığını isə serialın görünməmiş uğurundan sonra anlayır. Telenovellanın baş qəhrəmanlarını Murilu Benisio və Covanna Antonelli ifa edir, rejissor işi isə Jayme Moncardinaya həvalə edilir. "Klon"un qəhrəmanları qısa müddət ərzində bütün dünyada tanınırlar. Çəkilişlər Çəkilişlər beş ay çəkir. Hade və Lukasın tanışlıq yeri Mərakeş müəyyən edildikdən dərhal sonra çəkiliş qrupu və əsas aktyor truppası ora yollanır. Aktyorlar müsəlmanların necə yaşadığını öyrənməli və ən başlıcası çəkiliş vaxtı özlərini onlardan biri kimi hiss etməliydilər. Onlar Mərakeşdə 40 gün qalır və Saxara səhrasında Faringeyt şkalası ilə 127 dərəcə istidə çəkilişlər aparırdılar. Bir günə 10 səhnə çəkən qrupun ən çox yadında qalan ayaqqabılarının istidən döşəməyə necə yapışması, əsas səhnələrin çəkildiyi çadırların yanında yaşayan zəhərli ilanlar oldu. Təbii ki, qonaqpərvər mərakeşlilər və onların adət-ənənələri də unudulmaz təəssüratlar idi. Çəkiliş qrupunun bir hissəsi isə süni mayalanma klinikalarına gedərək, genetiklərlə söhbət edirdilər. Mərakeşdən Rioya qayıdan qrup novellanın digər seriyalarını "Qlobo" studiyasında davam etdirir. "Projak" studiyasında Mərakeşin Fəz şəhərinin küçələrini əks etdirən 830 kvadratmetrlik ssenoqrafik şəhər qurulur. Mərakeşdə çəkilən ilk seriyaların hər biri "Qlobo"ya 100 min reala başa gəlirdi. Amma serialın efir vaxtına yerləşdirilən reklamın 30 saniyəsi 150 min real dəyərində idi.