У нас вы можете посмотреть бесплатно Paşa Qəlbinur или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin, Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü, Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir. Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir. ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən "2000 alim və intellektual" seçimində "İlin adamı" mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata, "İman" izzət və iltifat diplomuna layiq görülmüşdür. "Araz" ali ədəbi mükafatın laureatıdır. Aybəniz Əliyeva "Paşa Qəlbinur", A.Məmmədov "Qəlbinur poeziyası XXI əsrin astanasında" kitabını ona həsr etmişdir. "Paşa Qəlbinur – 50" biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur. Ədəbi fəaliyyətə 1978-ci ildə "Ulduz" jurnalının 4-cü sayında çap etdirdiyi "Xal", "Ay gecəyə hicran sıxır", "Mən ilhamı gözlərimlə görmüşəm" şeirləri ilə başlamışdır. "Gözlər" adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. "Gənclik" respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir. Hazırladı: Nərimanov Rayon MKS-nin əməkdaşı G.Süleymanova.