У нас вы можете посмотреть бесплатно Salyan şəhərinin mərkəzində tikinti-quruculuq işlərinə başlanılıb или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Artıq bir müddətdir ki, Salyan rayonunda tikinti-quruculuq işlərinə başlanılıb. Belə ki, ötən əsrin sonlarında istifadəyə verilmiş tarix-diyarşünaslıq muzeyi günün tələblərinə cavab vermədiyindən əsaslı təmirə dayandırılıb. İş icraçısı Ağalar Babayev aparılan tikinti-quruculuq işləri ilə bağlı məlumat verib: “Binanın giriş hissəsi yenidən tikilir. Ağlay üzlükləri yenidən vurulur. Binanın daxilində tamamlanma işləri görülür.” Bununla yanaşı Salyan Rayon Mərkəzi Kitabxanasının inzibati binasının fasad hissəsi yenidən üzlənir, 1 əsrdən çox yaşı olan bina restavrasiya olunur. Şəhərin mərkəzindəki Əli bəy Hüseynzadə adına parkda örtük daşları yenilənir, yaşıllıqlar salınır və işıqlandırma sistemi yenidən qurulur. Şəhərin Taleh Davudzdə, Təbriz Xəlilbəyli, Heydər Əliyev prospektləri və bir sıra küçələrində sel-sularını ötürmək məqsədi ilə kanallar qazılır, piyadaların hərəkəti üçün səkilər yenidən təmir edilir, divarlara daş üzlüklər çəkilir. Bundan başqa Plastik yaşayış massivində yaşayış binalarının damlarına da yeni suötürücü borular quraşdırılır. Şəhər əhalisini içməli su ilə təmin etmək məqsədi ilə şəhərin su sisteminin Şirvan-Muğan su kəmərinə qoşulması işləri də yekunlaşmaq üzrədir. Bu iş başa çatdıqdan şəhərin 40 mindən artıq əhalisi ekoloji cəhətdən təmiz, saf sudan istifadə edəcəklər. Rayonda görülən işlər yekunlaşdıqdan sonra şəhərin bir çox küçələri asfaltlaşdırılacaq, əhalinin rahatlığı təmin olunacaq.