У нас вы можете посмотреть бесплатно Qurani Kərim Əlifbası || VƏQF ( Dayanmaq ) QAYDALARI || 24 cü dərs || Sadiq Ramizoğlu или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
1) SÜKUNLU VƏQF: Dayanacağımız kəlmənin son hərfi hərəkəli olarsa (Fəthə, Kəsra, Dammə), o hərəkəni sükunla əvəz edərək kəlmənin son hərfini sükunlu oxuyuruq. 2) SÜKUNLU VƏQF: Dayanacağımız kəlmənin son hərfi şəddəli olarsa , o kəlmənin son hərfini sükunla oxuyuruq. Ancaq burada şəddəni bildirmək üçün son hərfin üstündə sükunlu vəziyyətdə biraz dayanaraq oxuyuruq. 3) SÜKUNLU VƏQF: Dayanacağımız kəlmənin son hərfi sükunlu olarsa , heç bir dəyişiklik etmədən sükunla oxuyuruq. 4) SÜKUNLU VƏQF: Dayanacağımız kəlmənin son hərfi Tənvin Kəsra vəya Tənvin Dammə olarsa, o hərəkəni sükunla əvəz edərək kəlmənin son hərfini sükunlu oxuyuruq. 5) MƏDDLİ VƏQF: (Məddi-İvaz) Dayanacağımız kəlmənin son hərfi Tənvin Fəthə olarsa , iki xətdən biri silinir və fəthə hərəkəsindən sonra hərəkəsiz əlif olduğu üçün məddi-təbii meydana gəlir. Buna Məddi-İvaz deyilir və o hərfi iki hərəkə uzadırıq. 6) MƏDDLİ VƏQF: Dayanacağımız kəlmənin sonunda Məddi-Təbii (uzatma hərfi) olarsa, o kəlmədə heç bir dəyişiklik etmədən iki hərəkə uzadaraq dayanırıq. 7) MƏDDLİ VƏQF: Dayanacağımız kəlmənin son hərfi hərəkəli “و ”, əvvəlki hərf isə Dammə hərəkəsi ilə gələrsə; Dayanacağımız kəlmənin son hərfi hərəkəli “ي ”, əvvəlki hərf isə Kəsra hərəkəsi ilə gələrsə bu hərflərin hərəkələri silinərək məddi-təbii olur və özlərindən əvvəlki hərfi iki hərəkə uzadırıq. 8) TƏ-MƏRBUTƏ ة هة: Tə (ت) hərfinin qapalı formasıdır. Qadın cinsində olan isimlərin sonlarına yazılır. Sonu Tə-Mərbutə ilə bitən kəlmədə dayanmayanda Tə (ت) kimi, dayananda isə Sükunlu Hə ( ههْ) kimi oxuyuruq. Bu dərsimizdə dayanma qaydalarını öyrənib, ayələrdə tətbiq edəcəyik inşəALLAH. ___________________________________________________________________________________ Videonu bəyəndinizsə BƏYƏN düyməsini sıxın ki, video daha çox insana çatdırılsın. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsini sıxaraq bildirişləri aktiv edin. ___________________________________________________________________________________ #QuraniKərimƏlifbası #VəqfQaydaları #DayanmaQaydaları #ƏrəbƏlifbası #sadiqramizoğlu #sadiqnovruzov