У нас вы можете посмотреть бесплатно Mədədə qıcqırma - necə qurtulaq? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ruslan Həsənov (Ümumi cərrah) Tel: (051) 308 05 05 İnstaqram: Op. Dr. Ruslan Həsənov Facebook: / op-dr-ruslan. . Reflüks – mədə və bəzi hallarda mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə atılması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma (qıcqırma) hissidir. Əlamət uzun müddət ərzində müşahidə edildikdə QERX (qastroezofageal reflüks xəstəliyi) diaqnozu qoyulur. Ağız boşluğu ilə mədəni birləşdirən əzələvi boru olan qida borusunun bir neçə sfinkteri (əzələ qalınlaşması və ya daralması) vardır. Bu sfinkterlərin rolu qidanı mədəyə doğru “itələyərək”, onun geriyə qayıtmasına mane olmaqdır. Reflüksün yaranma səbəbi – qida borusunun aşağı sfinkterinin tonusunun azalmasıdır ki, bu zaman dediyimiz mədə, bəzən onikibarmaq bağırsaq möhtəviyyatı qida borusuna, yəni geriyə atılır və selikli qişanı zədələyir. Reflüks zamanı aşağıdakılar müşahidə edilə bilər: Döş sümüyü arxasında və boğazda hiss edilən yanma hissi, atılan möhtəviyyatın ağızda yaratdığı turşuluq dadı; Döş sümüyü arxasında ağrılar; Qidanın udulması zamanı çətinlik, ağrı və ya diskomfort; Quru öskürək; Səsin xırıltılı olması və ya boğaz ağrıları; Ağızdan xoşagəlməz qoxu; Ağız suyunun çox ifrazı, hətta səhərlər “islanmış yastıq” simptomu. Əsas səbəbləri: Hamiləlik; Bəzi dərman preparatları (bəzi antibiotiklər, hormonlar, iltihabəelyhi preparatlar, nitratlar, antidepressantlar və s.); Artıq çəki və piylənmə; Siqaret çəkmək; Spirtli içki qəbulu; Tərkibində kofein olan məhsulların bol istifadəsi; Yaşla əlaqədar sfinkterin tonusunun zəifləməsi; Dar geyim; Sürətli (“birnəfəsə”) qida qəbulu; Birdəfəyə çoxlu miqdarda qida qəbulu; Diaqfraqmanın qida borusu dəliyinin yırtığı; Şəkərli diabet; Sistem xəstəlikləri (sklerodermiya və s.).