У нас вы можете посмотреть бесплатно Sifətinə silinməz iz salmaq istədim | Məhkum hadisənin səbəbini etiraf etdi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Sifətinə silinməz iz salmaq istədim | Məhkum hadisənin səbəbini etiraf etdi Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Babaxan Həsənəliyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib. Bundan sonra məhkum yoldaşını öldürməyə cəhd edən Azər Şalıyevin ifadəsi dinlənilib. Hazırda Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində məhbus olan Azər Şalıyev məhkum yoldaşı zərərçəkən Şəhriyar Baxşəliyevlə hər-hansı bir ədavətinin olmadığını vurğulayıb. Şəhriyara xəsarət yetirməsinin səbəbini onun şəxsi telefon nömrələri qeyd olunan kitabçasına baxması ilə əsaslandırıb. Bu cür hallar məhkumlar arasında nalayiq hərəkət kimi qiymətləndirildiyindən o, Şəhriyarın sifətinə silinməz iz salmaq məqsədilə ona ülgüclə xəsarət yetirməyi planlaşdırıb. Bu məqsədlə də Azər məhkum yataqxanasında əşyaların saxlanc yerində Şəhriyara qəfil hucum edərək onun sifətini ülgüclə kəsmək istəyib. Nəticədə zərərçəkənin boyun arteriya damarı kəsilib və o, təcili tibb məntəqəsinə çatdırıldığından onun həyatını xilas etmək mümkün olub. Zərərçəkən Şəhriyar Baxşəliyev isə ifadəsi zamanı bildirib ki, onun oxuyub-yazmaq savadı yoxdur və hər-hansı bir kitabçaya baxmaq ittihamı ona qarşı olan iftiradır. Zərərçəkən bütün bunlara baxmayaraq, ona xəsarət yetirən məhkum yoldaşından şikayətçi olmadığını deyərək onu bağışladığını bildirib. Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbsdədir. Təqsirləndirilən Azər Şalıyevin cəzasının bitməsinə 1 il 7 ay, zərərçəkmiş Şəhriyar Baxışəliyevin isə 3 ilə yaxın müddət qalıb. Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Sifətinə silinməz iz salmaq istədim | Məhkum hadisənin səbəbini etiraf etdi 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #məhkəmə #həbsxana #hadisə #məhkum #azərşalıyev #hakim #faiqqəniyev #şəhriyarbaxışəliyev