У нас вы можете посмотреть бесплатно Pilot layihə adıyla sökülən bina 8 ildir niyə tikilmir? или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Yasamal rayonu Şərifzadə 33 ünvanında pilot layihə əsasında tikilən binanın sakinləri mənzillərinə 8 ildir köçə bilmir. 2016-cı ildə "alimlərin yataqxanası" kimi tanınan bina pilot layihə adı altında söküləndə “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə qovuşacaqları vədini vermişdi. Üstəlik, sakinlər binadan etirazlarına rəğmən məcburi şəkildə köçürüldüklərini deyirlər. 8 il ərzində tikilməkdə olan bina mənzillərini 200-ə yaxın yeni alıcıya da sata bilib. Bu mənzillərin nə vaxt təhvil veriləcəyi bir kənara, bir mənzilin bir neçə adama satılması faktları da ortaya çıxıb. “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Mətbuatda gedən məlumatlara görə, şirkətin Nizami rayonunda pilot layihə əsasında tikdiyi binadan da bənzər şikayətlər var. Rauf Əliyev Meydan TV-yə açıqlamasında binanın 2024-cü ilin martına təhvil veriləcəyini deyib Rauf Əliyev həmçinin mənzillərin bir neçə şəxsə satılma məsələsinin həll olunduğunu bildirib. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin qərarıyla Bakı şəhərində sakinlərin etirazı fonunda onlarla köhnə bina söküldü. Qərarda qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması hədəfləndiyi göstərilirdi. Bəs bu qədər ictimai əhəmiyyətli işin icrası niyə belə şirkətə əmanət edilib? Yasamal Rayon İcra Hakimiyyəti ünvanladığımız suallara cavabında bildirib ki, tikintidə baş verən qanunsuzluqlar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır. Şirkət rəhbərinin verdiyi məlumata görə hazırki durumda zərərçəkmişlərin problemləri həll edilməkdədir və tikintidə əsas işlər tamamlanaraq mənzillərin təmirinə başlanacaqdır. Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277