У нас вы можете посмотреть бесплатно Qarabağ müharibəsinin veteranı, güləşçi, SSRİ idman ustası, Polkovnik Nazim Davud oğlu Qasımov. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
VALİDEYNLƏRƏ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİN: Həmişə deyirəm ki, evə gedəndə ananıza, atanıza "mən səni sevirəm" deyin. Onları öpün, diqqət və qayğı göstərin.Problemlərinin həllində köməklik göstərin. Maddi və mənəvi dəstək verin. Bilirsiz, necə sevinəcəklər?! Bir az fikirləşin ki, siz bu dünyaya nəyə gəlmisiniz, sizdən sonra nə qalacaq. Bu dünyada bizim missiyamız nədən ibarətdir. Biz də qurub yaratmalıyıq. İşıqlı gələcəyi quranlar sırasında olmalıyıq. Siz elə yeyib-içmək və heç nə etməmək üçün bu dünyaya gəlmisiniz? Biz bunları deyəndə kimisi hirslənir, deyinir. Puldur, kitablardır bunlar o qədər də ciddi deyil. Ciddi olan can sağlığıdır. İnsan uşaqlarının canı sağ olanda xoşbəxt olur, ata-anası sağ olanda xoşbəxt olur. Mənim anam Arifə xanım Qasımova 63 yaşında, atam BVM veteranı Davud Qasımov 70 yaşında dünyasını dəyişib. Valideynlərimin ölümü məni mənəvi və psixoloji cəhətdən çox sarsıtdı. Depresiyaya düşdüm. Uzun zaman valideynlərimin ölümü ilə barışa bilmirdim. Onları çox sevirdim. Amma onların mənə verdiyi xoşbəxtlik əbədi mənim qəlbimdə yaşayacaq, həmişə mənimlə qalacaq. Mən valideyinlərimi həmişə yad edirəm, ruhlarına dualar oxuyuram. Övladlarımı da bu qaydada tərbiyə edirəm. Valideyinlərim mənə ali təhsil veriblər, işə düzəlməyimə köməklik göstəriblər, mənzil alıblar və evləndiriblər. Həmişə maddi və mənəvi dəstək olublar. Valideynlərimiz yanımızda olanda biz başa düşmürük ki, necə xoşbəxtik. Sonra anlayırıq ancaq, onda da gec olur. Valideyinləri həmişə yad edin, onları təbliğ edin , ruhlarına dualar oxuyun və qəlbinizdə yaşadın. Tez-tez qəbirlərin ziyarət edin. Belə olan halda, övladlarıniz da sizi yaşadacaq. Allah valideyinlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Valideynlər bizim başımızın tacıdır.