У нас вы можете посмотреть бесплатно 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
1998-ci ildən 31-i mart Azərbaycanda dövlət səviyyəsində Soyqırım Günü kimi qeyd edilir. Mart qırğınları zamanı Azərbaycanda baş verən qanlı olaylar iyirminci yüzillikdə dünya tarixinin ən faciəvi, unudulmaz səhifələrindəndir. Ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı hadisələrdə bir daha təsdiqləyir. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması ideyasını həyata keçirmək üçün heç nədən çəkinməyən erməni şovinizmidir. 1918-ci ilin ilk aylarından ermənilər Bakı quberniyasında yaşayan azərbaycanlıların məhv edilməsi məqsədini güdən cinayətkar planı gerçəkləşdirməyə başlayıblar. 1918-ci ilin mart-aprel aylarında qanlı hadisələr pik nöqtəyə çatıb. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə xüsusi qəddarlıqla həyata keçirilib. O aylarda ermənilərin törətdiyi cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Ermənilər Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 50 min azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub. Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, 7 min sakin -1653 qadın, 965 uşaq məhv edilib. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan edilib. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: «Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər». Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir. Qədim Şamaxı şəhəri da dəhşətli talan və vəhşiliklərə məruz qalıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulub, 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılıb. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törədiblər. Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan öldürülüb. Ayrı-ayrı mənbələrə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü məhv edilib. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar ki, bunlardan 35-i hazırda yoxdur.