Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса ClipSaver.ru



Sovet Həkimlərinin Zoğaldan hazırladıqları Təbii Dərman

#BirBax #Zoğal #sağlamlıq Zoğalın insan orqanizminə faydalı olduğunu hər kəs bilir. Bəs ondan təbii dərman kimi istifadə etmisiniz? Bu gün Bir kanalında nənə babalarımızdan qalma, çox qədim bir zoğal çayı reseptini sizinlə bölüşəcəyik. Diqqətiniz məndə olsun. Videomuz başlayır. Antioksidant mənbəyi olan zoğal immuniteti gücləndirir, qaraciyərin sağlamlığına dəstək olur. İmmuniteti möhkəmlədir; İltihabı sonlandırır; Üst tənəffüs yollarındakı infeksiyanı müalicə edir; Qəbizliyi aradan qaldırır; Cinsi aktivliyi artırır; Sidik yolu infeksiyalarını müalicə edir; Mədə divarının erroziyaya uğramasının qarşısını alır; Ürək və damarların sağlamlığını qoruyur; Sidik yolu infeksiyaları son illərdə qadınlar arasında daha geniş yayılıb. Bu zaman zoğal qurusu köməyə çatır. Tərkibindəki A tipli proantosiyanidinlər sayəsində bakteriyaların sidik yolu divarına yapışmasına mane olur. Zoğaldan hazırlanan məhsullar emal edildikdə isə proantosiyanidinlər yox ola bilər. Ona görə də, faydasını görmək üçün təbii zoğal qurusuna üstünlük verin. C vitamini çatışmazlığı immunitetin zəifləməsinə gətirib çıxarır. Bu da orqanizmin çeşidli xəstəliklər qarşısında ağ bayraq qaldırmasına səbəb olur. Antioksidant və C vitamini qaynağı olan zoğal immun sistemini zəifləməyə qoymur. Sərbəst radikalların səbəb olduğu oksidativ stressin aradan qaldırılması, zərərli bakteriyaların məhv edilməsi də zoğalın hünərləri sırasındadır. Xüsusilə, qrip, soyuqdəymə kimi üst tənəffüs yollarının infeksiyaları zamanı zoğal əsl “təcili tibbi yardım” rolunu oynayır. Antosiyaninlər, proantosiyanidinlər və kversetin (quercetin) kimi ürək sağlamlığı üçün faydalı olan antioksidantlarla zəngin zoğalı mütəmadi olaraq qəbul etdikdə xolesterol səviyyəsi nizama düşür, qan təzyiqi stabilləşir. Bundan əlavə, zoğal damarların sərtliyini yox edir, damar daxilindəki iltihabları aradan qaldırır. Zoğala əsrarəngiz rəngi verən polifenol kimi antioksidantlardır. Məhz bu antioksidantlar qaraciyəri xəsarət almaqdan qoruyur, ifrazat səviyyəsini nizamlayır. Bundan əlavə, öd kisəsindəki bərkimənin qarşısını alır, qaraciyərin yağları daha məhsuldar şəkildə emal etməsinə kömək edir. Qaraciyərində yağlanma olan insanlara zoğal kompotu da çox yaxşı təsir edir. Tərkibindəki antosiyanin və flavonol birləşmələri sayəsində zoğal xərçəng əleyhinə vasitə də sayılır. Təzə-təzə yeyilən zoğal meyvəsi xərçəngli hüceyrələri öldürür, öldürə bilməyəndə isə böyüməyinə mane olur. Döş xərçəngi, qaraciyər, yumurtalıq, prostat vəzi və bağırsaq xərçəngi zamanı zoğal qəbul etmək xəstəliyin inkişafını ləngidir. Söyləntilərin əksinə, zoğal qanda şəkərin səviyyəsini yüksəltmir. O, diabetin qarşısını alan antioksidant mənbəyidir. II tip diabet riskini mühüm dərəcədə azaldır. Hüceyrələri xəsarət almaqdan qoruyur. Xatırladım ki, emal prosesindən keçmiş zoğal və ya zoğal tərkibli məhsullardan yox, təbii zoğaldan danışıram. Bəs, zoğal necə qəbul edilməlidir? Meyvələri ovuc-ovuc yeməkdən söhbət gedə bilməz; bunu siz də bilirsiniz. Amma onu salatlara, çərəzlərə qataraq rahat-rahat yemək mümkündür. Müxtəlif şirniyyatlara-kəmşirin olmaq şərtilə-qata da bilərsiniz. Kompotunu da kəmşirin eləyib içməyiniz məsləhətdir. Gün ərzində 80 qr təzə zoğal, yaxud 1 stəkan kəmşirin zoğal kompotu içmək norma sayılır. Normadan artıq qəbulu ishala, mədə yanmalarına, hətta allergiyaya da səbəb ola bilər. Qədim ənənələrdə zoğal şərbətinə də rast gəlmək olur. Bu gün unudulan şərbətin reseptini də sizinlə bölüşmək qərarına gəlmişəm. Lazım olanlar: 0,5 kq zoğal 6 stəkan isti su 1 stəkan şəkər tozu Zövqə görə, 3-4 ədəd mixək Hazırlanması: Zoğalları təmizləyin, soyuq su ilə yuyun, sonra qazana tökün. İsti suyu əlavə edin, vam odda 15-20 dəqiqə bişirin. Mixəkləri bu ərəfədə əlavə etmək olar. Zoğallar yumşalanda qarışımı cuna ilə süzün. Süzülmüş zoğal suyuna şəkər tozunu əlavə edin və qarışdırın. Təxminən, 1 saat daha vam odda qarışımı qaynadın. Soyuyanda şüşə qablara doldurub soyuducuya qoyun. İstifadə etməmişdən qabaq duru olması üçün azca qaynar su əlavə edə bilərsiniz. Zoğal çayı da sağlamlığımızın keşiyində duran təbii dərman sayılır. Onu hazırlamaq üçün: 1 paket zoğal qurusu ½ litr su 2 stəkan şəkər tozu 2 portağalın sıxılmış suyu 2 limonun sıxılmış suyu 2 darçın çubuğu 12 ədəd Hazırlanması: Böyük bir qazana zoğalı və suyu tökün, qaynadın. Qaynara düşəndə vam odda 30 dəqiqə daha bişirin. Şəkər tozunu, portağal suyunu, limon suyunu, mixəkləri və darçın çubuqlarını bu ərəfədə əlavə edin. Qazanın qapağını örtün və 1 saat dəmlənməsini gözləyin. Sonda qarışımı cuna ilə süzün. İsti, ilıq, hətta soyuq halda belə, içə bilərsiniz.

Comments