У нас вы можете посмотреть бесплатно Yoğun bağirsaq polipleri. или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Dr. Elşən Qədimov Facebook: / dr.elshan83 İnstaqram: dr.elshan.qedimov Tel: 050 458 66 57 Yoğun Bağırsaq Polipi Nədir? Poliplər yoğun bağırsağın daxili səthini örtən təbəqənin (mukoza) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq kanalı (lümen) içinə doğru böyüyən şişlərdir. Bəzi Poliplər, düz (qulpsuz və ya sesil) bəziləri isə bir sap ilə bağırsaq divarına bağlıdır (saplı Polip). Poliplər yoğun bağırsağın ən sıx görülən xəstəliklərindən biridir. Sağlam insanlar üzərində aparılan bir araşdırmada yeniyetmə insanların yoğun bağırsağında %15-20 nisbətində Polip təyin edilmişdir. 50 yaş üzərindəki bir fərdin yoğun bağırsağında Polip görülmə ehtimalı daha da artır və nisbət %40-50-ə çatır. Poliplər yoğun bağırsağın daha çox son hissələrində (sigmod kolon və düz bağırsaq) müşahidə olunur. Yoğun Bağırsaq Poliplərinin Əlamətləri Nələrdir? Daha çox yoğun bağırsaq Polipi əlaməti olmaz. Bunlar qalın bağırsağın radioloji və ya endoskopik (kolonoskopiya 5) araşdırılması zamanı təsadüfən təyin olunur. Ancaq bəzi Poliplər qanaxma, selikli qişa axıntısı (yapışqan axıntı), bağırsaq funksiyalarında dəyişiklik və nadir hallarda də qarın ağrısına səbəb olur. Xərçəngə çevrilmə göstərən Poliplər isə qanaxma, böyük tualetə çıxmada dəyişiklik (Qəbizlik, ishal və s.) və qarın ağrısı kimi şikayətlərə səbəb olurlar. Adətən bütün yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəng xəstəliklərinin yaxşı xasiyyətli (xoşxassəli) Poliplərdə başladığı qəbul edilir. Zaman keçdikcə, polipi təşkil edən hüceyrələrin dəyişiklikləri nəticəsində Polip zəminində xərçəng ortaya çıxır. Əvvəl Polip içində məhdud qalan xərçəng hüceyrələri zaman ərzində çoxalaraq şiş kütləsini təşkil edir və bu kütlə qalın bağırsaq divarını işğal edir. Nəzarətsiz böyüməyə davam edən xərçəng hüceyrələri müəyyən bir dövr sonra bağırsaq lümenini bağlaya bilər, ətraf və uzaq orqanlara yayıla bilər. Poliplər, bu şəkildə xərçəng inkişafına kömək edən (xərçəngdən öncə) bir xəstəlikdir.