У нас вы можете посмотреть бесплатно “ERMƏNİ TƏCAVÜZÜ VƏ MƏHV OLMUŞ TARİXİ DİNİ ABİDƏLƏRİMİZ” или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Milli-mənəvi abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir. Ermənilər isə bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını sübut etməyə çalışır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin I müavini Səyyad Salahlı “Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfransda deyib. O, bildirib ki, işğal edilmiş Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı məbədlərdir. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri və qətliamları unutmadığlarını vurğulayıblar. Konfransda Azərbaycandakı dini icma rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə ermənilərin qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrinin dağıtması diqqətə çatdırılıb. Azərbaycanın dövlətlər və xalqlararası münasibətlərdə beynəlxalq hüququn qəbul edilmiş prinsiplərinin, sivil birgə yaşayış normalarının tətbiq olunmasının tərəfdarı olduğu qeyd olunub.