У нас вы можете посмотреть бесплатно “Hüquq sahəsində məqalə dərc edən jurnallara dair üçüncü Monitorinq Hesabatı”nın təqdimatı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Hüquq və İnsan Haqları İnstitutu martın 3-də hüquq sahəsində elmi məqalələr dərc edən jurnalların mövcud vəziyyətini əks etdirən üçüncü Monitorinq Hesabatını hüquq ictimaiyyətinə təqdim edib. Hesabat ümumilikdə 764 hüquqşünas, eləcə də 19 hüquq jurnal arasında keçirilmiş onlayn sorğunun nəticələri əsasında hazırlanıb. Təqdimatda İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, monitorinq hesabatının hazırlanması üçün sorğu artıq üç ildir keçirilir. Sorğunun nəticələrinə görə, ən çox oxunan "Polis Akademiyasının Elmi xəbərləri" jurnalı (40.4%), "Azərbaycan Vəkili" hüquq jurnalı (39.9%), "Qanun" jurnalı (22.4%), "Azərbaycan Hüquq jurnalı" (23.6%) və "Azərbaycan prokurorluğu" jurnalının (20.7%) ilk beşlikdə qərarlaşdıqları diqqətə çatdırılıb. Qeyd edək ki, ötən illərdə jurnalların keyfiyyət göstəricilərinin artırılması məqsədilə İnstitut tərəfindən "Hüquq sahəsində elmi məqalələrin tərtib olunmasına dair Qaydalar" hazırlanmış və son 5 ildə hüquq jurnallarında dərc edilən məqalələrin vahid axtarış bazası yaradılmışdır. Bu baxımdan, təqdim olunan hesabatın hüquq jurnallarının keyfiyyət göstəricilərinin artırılmasına, elmi məqalələrin hazırlanması və dərc olunması prosesinin təkmilləşdirilməsinə töhfə verəcəyi, o cümlədən elmi fəaliyyətin daha da stimullaşdırılmasına müsbət təsir göstərəcəyi gözlənilir. #HüquqvəİnsanHaqlarıİnstitutu #monitorinqhesabatı #məqalə #jurnal #hüquqşünas