У нас вы можете посмотреть бесплатно Hamilə qadınlar doğuşu tam təhlükəsiz başa vurmaq üçün doğum şöbələrinə müraciət etməlidir или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Səhiyyə nazirinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” imzaladığı əmrdən sonra ölkədə səhiyyə sahəsinda aparılan islahatlar, ana və uşaqların sağlamlığının qorunmasını xeyli gücləndirib. Bu məqsədlə regionlarda fəaliyyət göstərən perinatal mərkəzlərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşları yoxlamalar aparılır, eləcə də doğuşayardım xidmətinin yüksək səviyyədə təşkilinə öz töhfələrini verirlər. Bundan Lənkəranda çalışan doğum şöbəsinin səhiyyə işçiləri də faydalanıb. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ginekoloq, anestezioloq və neonotoloqları Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması, beynəlxalq diridoğulma meyarlarına keçid, eləcə də uşaq statistik göstəricilərinin standartlara uyğunlaşdırılmasını vacib sayaraq Lənkəranda doğum şöbəsinin mütəxəssislərinə təlimlər keçirlər. İnstitutun mama-ginekoloqu Leyla Məmmədova belə ətlimlərin əhəmiyyətindən danışdı.İnstitutun əməkdaşı həmçinin bildirdi ki, bəzən vətəndaşlar doğuş üçün rayonların kənd və qəsəbələrində fəaliyyət göstərən feldşer-mama məntəqələrinə müraciət edirlər. Yaxşı olar ki, doğuşun tam təhlükəsiz həyata keçirilməsi üçün onlar mərkəzi xəstəxanaların doğum şöbəsinə müraciət etsinlər.Ginekoloq Lənkəran Perinatal Mərkəzində doğuşayardım işinin təşkilindən razılığını bildirərək doğuşa hazırlaşan qadınlara bəzi tövsiyyələrini verməyi unutmadı.Qeyd edək ki, doğuşayardım xidmətini nəzarətdə saxlamaqla, mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator-poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi yönünüdə institut əməkdaşları yerlərdə həkimlərin fəaliyyətinin təhlilini aparır, hesabatlarında problemlərin müsbət həlli üçün müvafiq təkliflər verirlər.