У нас вы можете посмотреть бесплатно BEYNELXALQ SEFIR AHAD CANEHMEDOV (film) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Film görkəmli elm xadimi, Azərbaycanda Tribologiya elmi məktəbinin yaradıcısı, adı nüfuzlu Beynəlxalq elm adamları arasında hörmətlə çəkilən, dünya elm aləmində qazandığı yüksək nüfuz sayəsində Vətəninin ləyaqətli təmsilçisinə - Beynəlxalq səfirinə çevrilən akademik Əhəd Xanəhməd oğlu Canəhmədovun həyatına, elmi fəaliyyətinə və anadan olmasının 70 illik yubileyinə həsr olunub. Bu sənədli televiziya filmi İctimai televiziya ilə Azərbaycan tamaşaçısına təqdim olunub. 60 dəqiqəlik sənədli filmdə alimin maraqlı və keşməkeşli həyat hekayələri, zəngin tərcümeyi-halı, geniş elmi fəaliyyəti dolğun əks etdirilib. Filmdə namuslu, vətənpərvər elm fədaisinin, əsl Azərbaycan ağsaqqalının xüsusiyyətlərinin daşıyıcısı olan alicənab bir ziyalının nurlu portreti xüsusi cizgilərlə, məharətlə nümayiş etdirilib. Ekran əsəri gələcək nəsillərə “elmə sərf edilən əməyin necə bəhrə verdiyi” haqqında əsl mesajdır. Şübhəsiz ki, gənclərin tərbiyəsində akademik Ə. Canəhmədovun nümunəvi həyat və yaradıcılığını təqdim edən bu ekran əsərinin örnək mənbəyi kimi böyük rolu olacaqdır. Filmin əsas epizodları Xızı rayonunda, alimin çalışdığı Milli Aviasiya Akademiyasında, Bakı şəhərinin ayrı-ayrı güşələrində lentə alınıb. Filmdə alimin maraqlı fəaliyyəti ilə yanaşı, dostlarının fikirləri və şeirlərinə yazılan mahnılar təqdim olunur, eləcə də, onun uşaqlıq çağları nəvəsi Teymurun ifasında canlandırılır. Filmin ssenari müəllifi Eldar İsgəndərzadə, quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Elşən Rafiqoğludur.