У нас вы можете посмотреть бесплатно Qazax rayonunun Bala Cəfərli kəndinin aqibəti или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Qazağın Bala Cəfərli kəndi də son 1 ayda atəşkəs nəticəsində zərər çəkən kəndlərdəndir. Kəndin əsasən evlərinin dam örtükləri ziyan görüb. Sakinlər ilə söhbət etdiyimiz zaman kənddə sosial problemlər də olduğunu dedilər. Başqa cəbhə kəndlərində olduğu kimi, Bala Cəfərlidə də həm içməli, həm də suvarma su problemi var. 1988-ci ildən Ermənistan tərəfdən gələn su kəsildiyinə görə kənd sakinləri susuzluqdan əziyyət çəkir. Quraqlıq nəticəsində də 3-4 aydır ki, Ağstafaçay su anbarının da suyu quruyur. Kənddə marşurut xətti də problemdir. Gun ərzində yalnız bir dəfə kənddən rayona və rayondan kəndə marşurut gəlir. 216 sakini olan Bala Cəfərli kəndi Ermənistanla sərhəd bölgədə yerləşir. 50 ha ərazini əhatə edən kənddə 35 ev var və onun da 20-sində ailə yaşayır. Kənddə sentyabrda istifadəyə veriləcək 80 şagirdin təhsil ala biləcəyi müasirtipli məktəb binası tikilib. 2 ilə yaxındır ki, müasirtipli tibb məntəqəsi fəaliyyət göstərir. Kəndin icra nümayəndəsi deyir ki, sosial problemləri aradan qaldırmaq üçün yeni layihələr üzərində iş görürlər. Bundan başqa, Qazax rayon İcra hakimiyyətinin köməyilə Bala Cəfərli kəndində “Ərazilərin bərpası agentliyi”nin xəttilə zərər çəkmiş evlərə dam örtüyü, qum, sement, daş və material kimi avadanlıqlar verilib. Ancaq kənd erməni postlarına çox yaxın olduğundan dam örtüklərini dəyişdirmək üçün usta tapmaqda çətinlik çəkirlər. Ona görə də evlərin dam örtüyü probleminin həlli ləngiyir.