У нас вы можете посмотреть бесплатно Ermənilərin Gəncədə törətdikləri ilk terrordan iki il ötür - BAKU TV или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ermənilərin Gəncədə törətdikləri ilk terrordan iki il ötür - BAKU TV Aktual xəbərlərimiz • QARABAĞ XRONİKASI • Плейлист • Плейлист 44 günlük Vətən müharibəsi dövründə ermənilər döyüş meydanından kənarda da öz çirkin əməllərindən əl çəkmirdi. Onlar müharibənin getdiyi ərazilərdən xeyli kənarda yerləşən şəhər və rayonlarımızı raket atəşi ilə bombalayırdı. Bu gün, yəni oktyabrın 4-də Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 2 il ötür. Səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadıqları ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Düşmənin Gəncəni bombalaması nəticəsində bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər isə yaralanıb. Yaşayış evləri ilə yanaşı, mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib. Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər ölüb, 175 nəfər yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 44 günlük Vətən müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz / www.baku.tv / bakutvofficial / bakutvofficial https://t.me/bakutvxeber https://www.baku.tv © 2022 © All Rights Reserved ℗ Baku TV Ermənilərin Gəncədə törətdikləri ilk terrordan iki il ötür - BAKU TV #dusmeninterroruzu #ermenilerinterroru #genceterroru #bakutvxeber #bakutv #bakutvnews