У нас вы можете посмотреть бесплатно Sağaltmadığı Xəstəlik Yoxdur - Köhnə Həkimlərin SİRRİ или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#BirBax #sarıkök #sağlamlıq "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz: (+994) 55-554-58-83 Sarıkök qədimdən soyuqdəymə, şiş, qaz və stress əleyhinə istifadə edilib. Həkimlər ondan çox güclü dərmanlar hazırlayıblar ki, məhz bu dərmanlar həmin dövrdə 100 minlərlə insanı xilas edib. Bu gün Bir Bax kanalında sarıköklə hazırlanan həmin təbii dərmanların reseptlərini bölüşəcəyik. Diqqətiniz bizdə olsun. Videomuz başlayır. Birinci dərmanımız bal sarıkök qarışımıdır. Sarıköklə balın birgə qəbulu ən təbii antibiotik sayılır. Onlar bir-birinin təsir gücünü artırır. Bal və sarıkök qarışımı viruslardan, göbələklərdən və bədəndə sürətlə yayıla biləcək hər hansı infeksiyadan məharətlə qoruyur. Bu qarışımın kimyəvi tərkibi çox zəngindir. Mütəmadi olaraq istifadə edilərsə, orqanizmdə gümrahlıq, əhval-ruhiyyənin yüksəlməsi baş verir. Çünki bal “xoşbəxtlik hormonu” sayılan serotoninin ifrazını sürətləndirir. Sarıkök və bal qarışımının faydaları çoxdur: -qaraciyərdəki problemləri aradan qaldırır; -tənəffüs sistemini təmizləyir; -immuniteti gücləndirir; -sinir sistemini dəstəkləyir; Qarışımın tərkibindəki turmiron adlı maddə alzeymer xəstəliyinin qarşısını alır. Sarıkökün və balın tərkibindəki təbii vasitələr birləşərək beyinin “ən yaxın dostu”na çevrilirlər. Başqa sözlə, bal-sarıkök qarışımı: -beyinin funksiyasını artırır; -beyin hüceyrələrini bərpa edir; -yaddaşsızlıq, alzeymer kimi patalogiyaların yaranmasına mane olur. Qarışım, eyni zamanda, soyuqdəymə əleyhinə vasitə və güclü antioksidantdır. Mədə, döş qəfəsi, ağ ciyərlər, qaraciyər, qalın bağırsaq kimi bir çox orqanların soyuqdəyməsi zamanı bal-sarıkök qarışımı əsl dərmandır. Mədədəki istənilən problemi aradan qaldırmaqda bal-sarıkök qarışımı əvəzsizdir. Həmçinin, bağırsaqlardakı iltihablanmanı yox edir, müxtəlif səbəblərdən əmələ gələn yara və ya çatları sağaldır. Müasir dövrdə insanların yarıdan çoxu xroniki stressdən əziyyət çəkir. Bu, onların davranışlarına, hətta danışıqlarına da təsir edə bilir. Bal-sarıkök qarışımı stress əleyhinə vasitə kimi, çağdaş insanın ən etibarlı dostu sayıla bilər. Əlbəttə ki, yetəri qədər məlumatlandırılsalar... DNT-nin bərpasında və 700-ə yaxın genin sağlamlığının qorunmasında da bal-sarıkök qarışımı köməyə çatır. Ümumiləşdirsək, məsuliyyətlə demək olar ki, bal-sarıkök qarışımı orqanizmdə 160 adda problem və xəstəliyin müalicəsində, yox edilməsində əvəzsizdir. Qadınlar bu qarışımı pəhriz proqramlarına əlavə etsələr, aybaşı ağrıları azalar. Üstəlik, ginekoloji orqanların sağlamlığına faydalıdır. Dəstəklədiyi immun sistemi sayəsində isə müxtəlif infeksiya və ya göbələklər yox olur. Möcüzəvi qarışımın klassik resepti çox məşhurdur. Qeyd edim ki, qarışımı olduğu kimi qaşıq-qaşıq yeyə bilərsiniz. Ya da suya qatıb içə bilərsiniz. Mütəmadi qəbul edilən bal-sarıkök qarışımı həyat keyfiyyətini yüksəldir, əhval-ruhiyyəni yaxşılaşdırır, yaşamaq əzmini artırır. Əgər səhər acqarına yeyilsə, gün ərzində orqanizmin gümrah olmasını təmin edir. Eyni miqdarda üyüdülmüş sarıkök və bal götürün. Onları asta-asta, amma yaxşı-yaxşı bir-birinə qatın. Bu, klassik reseptdir. Qarışımdan gün ərzində 1 çay qaşığı qəbul etmək lazımdır. Əgər hər hansı bir xəstəliyin əleyhinə dərman vasitəsi kimi qəbul edəcəksinizsə, yaxşı olar ki, gündə iki dəfə-səhər və axşam qəbul edəsiniz. Hər dəfə də 1 çay qaşığı olmaqla... Prosedurun müddəti 1 ay olmalıdır. Sonra 2-3 ay fasilə verib, yenidən qarışımın qəbuluna başlamaq olar. İkinci təbii dərmanımız beyinin işini yaxşılaşdırmaq və stressi aradan qaldırmaq üçüdür. 1 çay qaşığı üyüdülmüş darçın, yarım çay qaşığı sarıkök, 2 çay qaşığı bal və 250 milliqram distillə olunmuş su götürün. Suyu vam odun üzərinə qoyun, qaynayanda baldan başqa digər məmulatları əlavə edin, qarışdırın və tez də oddan götürün. Ağzını bər-bərk bağlayıb adyala bükün. 15-20 dəqiqə gözləyin. Sonra qarışımı cuna ilə süzün. Süzülmüş suya balı əlavə edin. Qarışımı səhər yeməyindən sonra, yaxud gün ərzində mədəyə nəsə atışdırdıqdan sonra içə bilərsiniz. Bu qarışım beyinin fəaliyyətini sürətləndirir, stressdən yaxa qurtarmağa kömək edir. Üçüncü təbii dərmanımız hematomaları və dəri altına yığılan suları aradan qaldırmaq üçündür. Bu klassik reseptə (yəni, eyni miqdarda bir-birinə qatılmış bal-sarıkök) təzə sıxılmış limon suyu və az miqdarda xörək duzu əlavə edin. Zədələnmiş, su yığılmış, şişmiş nahiyəyə qarışımı kompres şəklində qoyun. Nəticəni qısa müddətdə özünüz görəcəksiniz. Dördüncü təbii dərmanımız qan azlığını aradan qaldırmaq üçündür. 4 çay qaşığı sarıkökü 1 çay qaşığı təbii bala qatın. Səhər acqarına yeyin. Mütəmadi qəbul edilən bu qarışım orqanizmi dəmirlə zənginləşdirir, immuniteti yüksəldir.