У нас вы можете посмотреть бесплатно Övladımın yaralanmasına sevinmişdim | 19 yaşında şəhid olan Elmar Nəbiyevin anası или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Övladımın yaralanmasına sevinmişdim | 19 yaşında şəhid olan Elmar Nəbiyevin anası Baku TV Vətən müharibəsi şəhidi Elmar Nəbiyev haqqında reportaj hazırlayıb. Oğlu ilə xatirələrindən danışan Çiçək Biləndərli E.Nəbiyevin şəhid olacağını əvvəlcədən hiss etdiyini deyib: “Elmar avqustun 14-də qardaşımın oğluna şəkillərini yollayıb demişdi ki, Vətən uğrunda şəhid olsam, klip hazırlayarsan. Əkiz bacısı ilə həmişə dalaşırdı. Əsgər gedəndə bacısına “Aysel, mənim üçün o qədər darıxacaqsan ki” deyirdi. Sanki şəhid olacağını hiss etmişdi”. O, oğlunun necə şəhid olmasından danışıb: “Bizə dedilər ki, Elmar topuğundan yaralanıb. Sözün açığı, mən çox sevindim. Dedim, yaralanıbdı, müalicə alar, yəqin ki, ona kimi də müharibə qurtarar. Elmar Füzulidə ən qızğın nöqtədə idi. On gün biz onu axtardıq, Azərbaycanın bütün rayonlarını gəzdik. Elmar əsgərlikdə sinəsinə tac döyməsi etdirmişdi. Elmarın nəşini biz həmin döymə ilə tapdıq. Mənim balam 10 gün morqda yatıb. Elmargil Füzulidə ən ağır döyüşlərdə iştirak edib, Alxanlı ilə Qaraxanbəyli arasında olan postu azad ediblər. Onu təxliyə edən oğlan bizə gəlmişdi. Soruşdum ki, Elmarın axırıncı sözü nə olub? Oğlan “Elmarın huşu özündə olmayıb. Biz onu torpağın altından qazıb çıxardıq” dedi”. Ç.Biləndərli oğlunu şəhid olandan sonra dəfələrlə yuxuda gördüyünü deyib: “Deyirdim, Elmara bir şey olsa, onsuz yaşaya bilmərəm. Amma indi dörd ildir ki, Elmarsız yaşayıram. Necə yaşadığımı bir Allah bilir. Şəhid olandan sonra dəfələrlə yuxuma gəlib. Hər dəfə yuxuma gələndə “ana, mən sağam, ölməmişəm” deyir”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • ANALİTİK BAXIŞ BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • AKTUAL GÜNDƏM RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Övladımın yaralanmasına sevinmişdim | 19 yaşında şəhid olan Elmar Nəbiyevin anası 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #elmarnəbiyev #şəhidlər #karate #şəhid #füzuli #əsgər #qarabağ #müharibə #şəhidinanası #çiçəkbiləndərli #şəhidanası #horadiz #qarabağmüharibəsi 00:00 Giriş 01:00 "Qarabağ eşqinə gəlmişəm"- şəhid Elmar Nəbiyev 02:23 Şəkillərini yollayıb yazmışdı ki: " Vətən üçün şəhid olsam mahnısına klipimi yığarsınız" 03:04 Atasından halallıq istədi 04:38 Şəhidin dostuna göndərdiyi son səz yazısı 06:21 "Elmarı torpağın altından qazıb çıxarıblar" 08:15 Şəhid anası olmaq necə hisdir?