У нас вы можете посмотреть бесплатно Necə daha effektiv qərar verə bilərik?|| Qərarvermə üçün 5 qayda или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Necə daha effektiv qərar verə bilərik?|Həyatımızda bəzən elə qərarlar veririk ki, həmin qərarı vermək asan olur,çunki bizim seçdiyimiz seçimin nəyə görə daha düzgün qərar olduğunu ayrıd etmək çox asan olur.Əksi olaraq isə bəzən qərar verməli olduğumuz məsələdə hər bir alternativin öz müsbət və mənfi tərəfi olur.Bu zaman isə ,həqiqətən qərar qəbul etmək çox çətiləşir. Həyatımızda bir çox hallar olur ki, qərarvermədə çətinliklər çəkirik,qərarsız qalırıq. .Bu qərarvermələrdə bəzən doğru, bəzənsə fərqində olmadan yanlış qərarlar vermiş oluruq.Bəzən də elə olur ki, qərar veririk amma növbəti günlər yenə də həmin qərarın yanlış və ya doğru olub-olmaması haqda düşünürük.Böyük ehtimal belə vəziyyətin baş verməsi də ,psixoloji olaraq həmin seçimi düzgün seçməyimizə əmin olmamağımızla bağlıdır. Hər şeydən öncə , gəlin qərarvermə sözünün mənasına xatırlayağın.Qərarvermə, 2 və ya daha çox seçim qarşısında qalan insanın onlardan birinə üstünlük verməsidir,yəni seçməsidir. Gündəlik həyatımızda bizim qərarvermə prosesimiz 3 tərzdə olur,ya biz yalnız intuisiyayla, yəni hislərimizlə qərar veririk, ya yalnız intuisiyanı kənara qoyaraq məntiqlə qərar veririk , ya da ki , eyni zamanda həm intuisya həm də məntiqlə qərar veririk. İnsanlar intuisiya barədə sanki sehrli bir ‘duyğu’ kimi danışsalar da, bu əslində keçmiş təcrübələrimizə əsaslanır. Ümumi baxanda isə, İntuisiyanı nəzərə almağa dəyər, çünki bu , həyat haqqında şüuraltımızda olan keçmiş təcrübələrimizi əks etdirir.Bununla belə,belə yanaşma hər zaman gerçəkliyə söykənmir, bir çoxu uşaqlıqda olmuş və nəticədə çox yetkin olmaya bilən qavrayışlarımızdır.Yəqin ki, siz də eşitmisiniz ki, bəzi insanlar heç bir fakta,rəqəmlərə,məntiqə söykənməyən qərarlar verirlər və “bu qərarı verməkdə mənə 6-cı hissim kömək etti” deyirlər. Bizim intuisiya ilə qərarverməyimiz əksər hallarda ani qərarlar verərkən olur.Çünki, bu zaman kifayət qədər vaxt olmadığına görə hansısa faktlara əsaslanaraq qərar vermək mümkün deyil. Məntiqi qərarvermə isə qərar verən zaman yalnız faktlara,rəqəmlərə və məntiqə əsaslanır.Bu zaman isə,qərarın emosional tərəfləri görməzədən gəlinir. Həyatımızda vacib qərarvermə anlarında isə biz həm intuitiv həm də məntiqi qərarvermə yanaşmasından istifadə etməliyik.Bu halda isə, daha düzgün qərar vermiş olarıq. --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: https://tidd.ly/2PdkVCV Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev Animasiya müəllifi : Nigar Murtuzova