У нас вы можете посмотреть бесплатно Ərçiva FK 2 - 1 Astara FK 10.10.2024 |Astara birinciliyi или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı. Azərbaycan futbol komandasının ev oyunlarının əksəriyyəti Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir. Azərbaycan heç vaxt FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatında seçmə mərhələni keçməyib.[4] Azərbaycan milli futbol komandasının tarixində ən çox oyun keçirən Rəşad Sadıqovdur. O, 111 oyunda 5 qol vurub.[5] Azərbaycan milli futbol komandasının tarixində ən çox qol vuran oyunçu — Qurban Qurbanovdur. O, 68 oyunda 14 qol vurub. Azərbaycanda ilk futbol klubları 1905-ci ildə yaranıb.[7] Bu komandalar əsasən Bakının iri neft sənayesi şirkətlərini təmsil edirdilər.[7] İlk rəsmi çempionat Bakıda 1911-ci ildə keçirilib, qalib isə İngiltərə Neft Şirkətinin "Britaniya Klubu" komandası olub.[7] 1912-ci ildə "Bakı" komandası Tbilisidə "Sokol" komandasına qarşı ilk beynəlxalq oyununu keçirib və 4:2 hesabı ilə qalib gəlib.[7] 1914-cü ildə Azərbaycanda Futbol İttifaqı yaradılmışdır. İttifaq rəsmi şəhər birinciliklərini və digər yarışların təşkili, keçirilməsini öz üzərinə götürmüşdür. 1927-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında Azərbaycan ilk yoldaşlıq oyununu Gürcüstan və Ermənistana qarşı keçirmişdir.[8] Azərbaycanın futbol yığması özünün ilk yoldaşlıq oyunlarını 1929-cu ildə Tehranda İran yığmasına qarşı keçirib və həmin oyunlarda 4:0, 4:1 və 11:0 hesabı ilə üç böyük qələbə qazanıb.[7] Azərbaycan futbolunun "qızıl dövrü" 1960-cı illər sayılır.[9] Məhz bu dövrdə Azərbaycandan Anatoli Banişevski və Ələkbər Məmmədov kimi futbolçular çıxmış, futbol hakimi Tofiq Bəhramov isə 1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinə qızıl hərflərlə yazılmışdı.[10][11] SSRİ milli futbol komandasının tərkibində çıxış edən digər futbolçulardan Kazbek Tuayev, Nikolay Smolnikov, Vitali Şevçenko və İqor Ponomaryovu qeyd etmək olar. #astara #futbol #ercivan