У нас вы можете посмотреть бесплатно Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 8-ci Regional Konfransı или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almaz Akademie Tibbi Treninq Mərkəzi, Sumqayıt Tibb Mərkəzi və TƏBİB-in təşkilatçılığı ilə Sumqayıt şəhərində, Heydər Əliyev Mərkəzində "Azərbaycanda Minimal İnvaziv Cərrahiyyənin Bu Günü" adlı 8-ci Regional Konfans keçirilmişdir. Konfransda Sumqayıt şəhəri və Azərbaycanın digər rayonlarından 200-ə yaxın iştirakçı qatılmışdır. Tədbir başlanğıcında 27 sentyabr Anım günü ilə əlaqədar Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad olunmuşlar. TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov, Sumqayıt Tibb Mərkəzinin direktoru - Elnur Azadxanov Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti və Almaz Akademie Tibbi Treninq Mərkəzinin prezidenti Prof. Qurbanxan Müslümov və Konfrans sədri Fərid Rəfiyev çıxış edərək tədbir açıq elan edilmişdir. Minimal invaziv cərrahiyyənin müxtəlif sahələri: laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, endoskopiya və invaziv radiologiyanın müxtəlif problemlərinə həsr olunmuş aktual məruzələr oxunmuş, iştirakçılarla aktiv diskussiyalar aparılmışdır. Panel diskussiyalar çox maraqlı keçmiş və iştirakçılar ilə bərabər bu problemlərin həll yolları müzakirə edilmişdir. Konfransın sonunda sertifikatlar təqdim edilmişdir. Ətraflı məlumat üçün www.amicc.az saytına daxil ola bilərsiniz.