У нас вы можете посмотреть бесплатно Mir Möhsün Nəvvab или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
for English, please scroll down Şuşa şəhərində turistlərin böyük maraq göstərdiyi görməli yerlərdən biri də Cıdır düzüdür. Lakin mən, əksəriyyətdən fərqli olaraq, Cıdır düzündə mənzərənin füsunkarlığından zövq almaqdan əvvəl, Mir Fəseh ağa qəbiristanlığında yerləşən Mir Möhsün Nəvvabın məzarını ziyarət etməyi özümə borc bildim. Dahi Azərbaycan şairi və rəssamı Mir Möhsün Nəvvab Şuşada doğulmuş, burada yaşamış, yaradıcılıqla məşğul olmuş və elə burada da vəfat etmişdir. O, Azərbaycan ədəbiyyatı və incəsənətində dərin iz qoymuş nadir şəxsiyyətlərdən biridir. Qəbrini ziyarət etməkdə əsas məqsədim, bərpa olunmuş məzarı önündə bu böyük sənətkarın ruhunu dərin hörmətlə yad etmək idi. Mir Möhsün Nəvvab təkcə ədəbi və bədii irsi ilə deyil, həm də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisənin—1905-ci il Şuşa hadisələrinin—canlı şahidi kimi tarixə düşmüşdür. O, bu faciəli hadisələri öz müşahidələri əsasında qələmə alaraq "1905-ci il erməni-müsəlman davası" adlı əlyazma dəftərçəsində əbədiləşdirmişdir. Deyilənə görə, həmin hadisələr zamanı şəhid olmuş insanların Şuşadakı məzarlığı işğal dövründə dağıdılmayıb. Bu fakt isə növbəti səfərlərim üçün ayrıca bir stimul yaradır. Sizə də səmimi tövsiyəm odur ki, Cıdır düzünə yolunuz düşəndə, mütləq bu böyük sənətkarın və 1905-ci il hadisələrinin şəhidlərinin xatirəsini ehtiramla yad edin. Bu, tariximizin unudulmaması və gələcək nəsillərə doğru şəkildə çatdırılması baxımından son dərəcə vacibdir. Bu qədər. Mir Mohsun Navvab Among the many captivating attractions in the city of Shusha, the Jidir Plain stands out as a favorite destination for tourists. However, unlike the majority of visitors who head straight to admire the breathtaking view, I felt a personal and moral duty to first pay a visit to the grave of Mir Mohsun Navvab, located in the Mir Faseh Agha Cemetery. Mir Mohsun Navvab, the great Azerbaijani poet and painter, was born, lived, created, and passed away in Shusha. He remains one of the most influential figures in the history of Azerbaijani literature and art, leaving behind a rich and enduring legacy. My primary purpose in visiting his grave was to honor his memory with heartfelt reverence, especially now that his final resting place has been restored. Navvab’s significance extends beyond the cultural sphere—he also holds historical importance as a firsthand witness to the tragic events that took place in Shusha in 1905. He documented these incidents in a handwritten notebook titled "The Armenian-Muslim Conflict of 1905," providing invaluable insight into that turbulent period. According to local accounts, the cemetery in Shusha where the martyrs of these events are buried was not destroyed during the occupation. This remarkable fact gives me an even stronger reason to return in the future. I sincerely encourage you, too, when you visit the Jidir Plain, to take a moment to remember and honor not only this remarkable intellectual, but also the victims of the 1905 tragedy. Preserving their memory is essential to understanding our past and passing it on to future generations with dignity and truth. That is all.