У нас вы можете посмотреть бесплатно Müharibə bitir? - Ukrayna üçün 20 maddəlik sülh planı hazırdır или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Ukrayna sülh danışıqlarında Armageddon mərhələsi. Prezident Volodimir Zelenski sülh planının yenilənmiş detallarını açıqlayıb. 20 maddəlik plan sənəd Rusiya ilə Ukrayna arasında tam və şübhəsiz hücum etməmə sazişini təşkil edir. Ukrayna təhlükəsizlik zəmanətləri alır, dinc dövrdə Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 800.000 nəfər səviyyəsində qalır. ABŞ, NATO və sənədi imzalayan Avropa dövlətləri Ukraynaya "5-ci maddəyə bənzər" zəmanətlər verirlər. Yəni, Rusiya Ukraynaya hücum edərsə, koordinasiyalı hərbi cavab tədbirləri görüləcək və Rusiyaya qarşı bütün qlobal sanksiyalar bərpa ediləcək. Ukrayna Rusiyaya hücum edərsə və ya təxribat olmadan Rusiya ərazisinə atəş açarsa, təhlükəsizlik zəmanətləri qüvvədən düşmüş hesab ediləcək. Sənəd nəzərdə tutur ki, Rusiya Avropa və Ukraynaya hücum etməmə mövqeyini bütün zəruri qanun və sənədlərdə rəsmiləşdirsin. Ukrayna dəqiq müəyyən edilmiş vaxtda Avropa İttifaqının üzvü olacaq və Avropa bazarına qısamüddətli güzəştli çıxış imkanı əldə edəcək. Ukrayna müxtəlif iqtisadi sahələri əhatə edən qlobal inkişaf paketi alacaq, müharibədən zərər çəkmiş ərazilərin bərpası üçün birgə səylər göstəriləcək. Ukrayna nüvəsiz dövlət kimi qalmaq öhdəliyini təsdiqləyir, Vaşinqton təklif edir ki, Zaporojye AES Ukrayna, Rusiya və ABŞ tərəfindən birgə idarə edilsin, hər ölkə 33% nəzarətə malik olsun və ABŞ stansiyanın əsas nəzarətçisi kimi çıxış etsin. Ukrayna isə Rusiyanın nəzarətinə qarşı çıxır, ikitərəfli istismar təklif edir. Ukrayna azlıqların dillərinin qorunması ilə bağlı Aİ qaydalarını təsdiqləmək öhdəliyi götürür. Sazişin qüvvəyə minməsi üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərinin işğal olunmuş hissələrindən qoşunlarını çıxarmalıdır. Sazişin icrasına nəzarət etmək üçün cəbhə xətti boyunca beynəlxalq qüvvələr yerləşdiriləcək. Rusiyanın bəzi ərazilərdən qoşunlarını çıxarması şərti ilə potensial "azad iqtisadi zonalar" yaratmaq planı da sənədə daxildir. Zelenski deyib ki, Ukrayna qoşunlarının çıxacağı istənilən əraziyə Ukrayna polisi nəzarət etməlidir. Rusiya Ukraynanın Dnepr çayı və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə mane olmayacaq. Sənədə əsasən, “hər kəsin hər kəsə" prinsipi ilə əsir mübadiləsi aparılmalıdır, saxlanılan mülki şəxslər, o cümlədən uşaqlar və siyasi məhbuslar azad edilməlidir. Saziş imzalandıqdan sonra Ukrayna mümkün qədər tez prezident seçkiləri keçirməlidir. Hüquqi qüvvəyə malik sazişin icrasına ABŞ Prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurası nəzarət edəcək. Ukrayna, Avropa, NATO, Rusiya və ABŞ bu prosesin bir hissəsi olacaqlar. Pozuntular sanksiyalara səbəb olacaq. Bütün tərəflər sazişlə razılaşandan dərhal sonra atəşkəs qüvvəyə minəcək. Rusiyanın bu sənədə cavabı bugünlərdə məlum olacaq. "Bloomberg" Kremlə yaxın mənbəyə istinadla yazır ki, Moskva Ukrayna və ABŞ arasında hazırlanmış 20-bəndlik sülh planına dəyişikliklər olunmasına çalışacaq. Join this channel to get access to perks: / @meydantelevision Kanala abunə ol - https://goo.gl/TcM9Fm Bizə maddi dəstək ol https://cutt.ly/destek WebSite: http://www.meydan.tv Facebook: http://fb.com/MeydanTelevision Twitter: / meydantv Google+ https://plus.google.com/+MeydanTelevi... İnstagram: / meydantv __________________________________________________________________ Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277