У нас вы можете посмотреть бесплатно Zəhra Əkrəm - Bir az yaxın otur, sevdiyim - Kamran M. YuniS или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
#kamranyunis #zəhraəkrəm #kamranmyunis #poeziyateatrı #şiirler #şeirlər #sevgişeirləri #xəyyammirzəzadə #xəyallar #poeziya Zəhra Əkrəm - Bir az yaxın otur, sevdiyim Bəstəkar - Xəyyam Mirzəzadə - "Bağ mövsümü" film musiqisi Bir az yaxın otur, sevdiyim. Başını yasla sinəmə. Eşidirsənmi ürəyimdən gələn səsləri? Döyüntü zənn elədiyin o səslər var ha, Bax, onlar döyüntü deyil. Qəlbimdə sənə bir yuva inşa edirəm ən sarsılmazından – onun səs-küyüdür. Dünyanın üzərinə gəldiyini hiss elədiyin anlar olar Qaçıb sığınmağa yerin olsun. Bilirsən də, Gözlər qəlbin aynası yox, qapısıdır. Gözündən girirsən bir insanın qəlbinə, gözündən düşürsən qəlbindən çıxmaq üçün. Bəlkə də qapılar gedişlərə qapalı olsun deyə sevgi kor edir gözləri. Mən o kor qapıları taybatay açıq qoyaraq sevdim səni. "Səni sevirəm" demədim bəzən şablon səslənər qorxusuyla "Sən ruhumun kədərlə savaşında səslənən zəfər çığlıqlarısan" – dedim. "Gülüşlərin tapdaq altındakı ruhuma hürriyyət marşı, Baxışların qəlbimin qütblərinə meydan oxuyan Günəş şüasıdır." – dedim. Bir az yaxın otur, sevdiyim. Eşidirsənmi ürəyimdən gələn səsləri? Bax, o səslər yuvana doğru atdığın addımların səsidir. Qədəmlərin mübarək, sevdiyim. Qədəmlərin mübarək!