У нас вы можете посмотреть бесплатно Balaca Qığılcım Bütün Ərazini Bürüdü- Abşeronda Zavodda Güclü Yanğın Sən Demə...-TƏFƏRRÜAT или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Zavodun istehsal hissəsində başlayan yanğın, havanın küləki olması səbəbindən qısa zaman ərzində genişlənərək ,müəssisədəki digər tikililərə keçdi.Baş verə biləcək təhlükə səbəbindən əraziyə giriş çıxış müvəqqəti məhdudlaşdırıldı. Dəhşətli yanğın hadisəsi Abşeronda qeydə alınıb. Yanğının söndürülməsi üçün Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvələri ,eləcədə Abşeron rayon Polis İdarəsinin əməkdaşları əraziyə cəlb olundu. Güclü külək yanğını söndürülməsini çətinləşdirsədə ,yanğınsöndürənlər 4 saatdan sonra yanğını məhdudlaşdırmaqla ərazidəki digər obyektlərə keçməsinin qarşısını ala bildilər. Buna baxmayaraq zavodun həm emal hissəsində,həm də saxlama anbarında qablaşdırılmış boyalkar sıradan çıxdı. Hadisə zamanı çağırış əsasında ilkin olaraq 7 təcili tibbi yardım briqadası hadisə yerinə cəlb olunub. Zavodda baş vermiş yanğın nəticəsində müəssisənin bir neçə əməkdaşı tüstüdən zəhərlənib və onlara hadisə yerinə cəlb olunan təcili yardım briqadaları tərəfindən yerində ilkin yardım göstərilib. Yanğın baş verən ünvana Abşeron rayon icra Hakimiyyətinin və digər aidiyyatı qurumların əməkdaşları baş çəkib. Hadisə şahirdlərinin verdiyi məlumata görə, yanğın bir qığılcımla başlayıb və qısa vaxt ərzində ətrafa yayılıb. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin ümumilikdə 20 ədəd texnika və 100 nəfərdən artıq canlı qüvvəsi iştirak edib. Yanğın nəticəsində ərazidə olan 11 ədəd tikilidən ümumi sahəsi təxminən 1000 kv.m. olan 2 ədəd obyekt yanıb, ümumi sahəsi təxminən 3500 kv.m. olan digər 9 ədəd obyekt yanğından mühafizə olunub. Hazırda hüquq mühafizə orqanları və FHN tərəfindən yanğının dəqiq baş vermə səbəbləri araşdırılır. DİQQƏT! Kanalda yerləşdirilmiş bütün materiallar rəsmi mənbələrə istinadla yayımlanır! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ © Denaz TV - in istehsal etdiyi bütün materiallar MÜƏLLİF HÜQUQU İLƏ QORUNUR. TƏKRAR YAYIM QADAĞANDIR! _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Yeni videolardan xəbərdar olmaq üçün kanala ABUNƏ OLUB ZINQIROV düyməsini basın ki, hər dəfə yeni videolar paylaşanda sizə bildiriş kimi gəlsin Abunə ol: / @denaztv2