У нас вы можете посмотреть бесплатно Geyim namusdan xəbər vermir | İlahiyyatçının açıqlaması müzakirələrə səbəb oldu - AMİN или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Geyim namusdan xəbər vermir | İlahiyyatçının açıqlaması müzakirələrə səbəb oldu - AMİN Baku TV-də “Amin” adlı yeni veriliş yayımlanıb. Verilişin ilk buraxılışında “Din nə üçün lazımdır” sualı ətrafında müzakirə aparılıb. İlahiyyatçı Elvüsal Məmmədov qeyd olunan sual haqqında bildirib ki, din bəşəriyyətə məlum ən qədim institutlardan biridir. Tarix boyunca inanc, adət-ənənələr, əxlaq, hüquq sistemi, sosial münasibətlər din tərəfindən müəyyən olunub: “Tarixən ən böyük mədəniyyətləri din yaradıb. Buna görə dinlər insanların həyatında əhəmiyyətli yer tutur. Dinlər insan ruhunun mahiyyətini əmələ gətirən mənəviyyatın əsas qidasıdır. İnsan təkcə intellektual, bioloji məxluq deyil. O həm də mənəvi varlıqdır. İnsanın mənəviyyatını təkcə elm, incəsənət doyuzdura bilmir. Onun ruhu inancla iç-içə olanda rahatlıq tapır”. İlahiyyatçının sözlərinə görə, ateist insanın əxlaqlı olması mümkündür, lakin əxlaqa sadiq qalması mümkün deyil: “Namus anlayışından söz açsaq, 40 il bundan əvvəl bir azərbaycanlının gözündə namusun konturlarını cızan ayrı-ayrı anlayışlar var idisə, bu gün onlar başqaları ilə dəyişilib. Əvvəllər kişinin nəzərində qadının daha çox don geyinməsi namusu göstərən davranış norması hesab olunurdusa, bu gün isə artıq həmin davranış normasından imtina olunub və qadının şalvar geyinməsi kişinin namusuna xələl gətirən davranış kimi görülmür. Yəni geyim insanın əxlaqından və ya namusundan birbaşa xəbər vermir”. Şair Şəhriyar Del Geraninin sözlərinə görə, Azərbaycanda maarifçilik və aydınlanma məsciddən “qaçmaqla” başlayıb: “Ömər Faiq Nemanzadə, Mirzə Cəlil Məmmədquluzadə məsciddən qaçıb “Molla Nəsrəddin” jurnalını yaratdılar. Həsən bəy Zərdabi atasına “mən molla olmayacağam” dedi və “Əkinçi” qəzetini yaratdı. Düşünürəm ki, bəlkə, məscidin içində belə islahatlara getmək Azərbaycan cəmiyyətinə daha çox şey verərdi. Bu kontekstdə bir mollanın Azərbaycanda dinə vurduğu zərbəni heç bir ateist vura bilməz”. Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm... https://t.me/bakutvxeber / baku.tv / bakutvofficial https://www.baku.tv ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI QAPQARA ➧ • QAPQARA AYDIN TARİX ➧ • AYDIN TARİX ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir? O VAXTLAR ➧ • O VAXTLAR SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK BAKU MED ➧ • BAKU MED RƏSMİLƏR ➧ • RƏSMİLƏR BAKU AKTUAL ➧ • BAKU AKTUAL RETRO BAKU ➧ • RETRO BAKU ARAŞDIRMA ➧ • ARAŞDIRMA 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİKASI Geyim namusdan xəbər vermir | İlahiyyatçının açıqlaması müzakirələrə səbəb oldu - AMİN 2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™ #bakutv #amin #din #islam #müsəlman #yəhudi #xristian #ateist #inanc #diniinanc #ilahiverliş #aminverlişi #ilahiyyatçı #elvüsalməmmədov #şair #şəhriyardelgerani 00:00 - Giriş 01:00 - Din nə üçün lazımdır? 05:15 - Dinlər Allahdan çox insanlara lazımdır 07:50 - Ateislər düşünür ki, bizim dinə ehtiyacımız yoxdur 13:42 - Məscidin içində qala-qala mətbuat yaratmaq olmazdı? 17:00 - Bizdə bəzi insanlar istəyirlər ki, din mənim bütün həyatıma müdaxilə etməsin