У нас вы можете посмотреть бесплатно Məhərəm ayında qurban kəsmək olarmı? I Şeyx Qamət Süleyman или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
Məhərrəm ayında qurban kəsmək olarmı? Bu ay haram olsa da, bu ayda qurban kəsməyin qadağan olması barədə bir şey varid olmayıb. Haram ay o mənadadır ki, bu ayda döyüşmək olmaz. Və bu ayda digər aylara baxanda günahlardan daha çox çəkinmək lazımdır. Bu ayda nəinki qurban, oruc tutmaq, ümrə etmək və s. ibadətləri etmək olar. Məhərrəm ayı, necə ki hədisdə gəlib, Allahın ayıdır və bu ayda ibadətləri artırmaq yaxşıdır, xüsusən də, oruc ibadətini. Həmçinin istəyən kimsə Allaha yaxınlaşmaq üçün qurban kəsə bilər. Sadəcə qurbanı hər hansı pirlərdə və ya ocaqlarda kəsməyin dinimizlə heç bir əsası yoxdur. Xüsusən də bu ayda din pərdəsi altında gizlənib özünü ilahiyyatçı və ya molla kimi qələmə verənlərin bu batil çağırışlarına qulaq asmamaq lazımdır. Qurban Allahın qadağan etdiyi yerlərdən başqa hansı vaxtda olur olsun, kəsmək olar. Uca Allah buyurur: "Allah Allahdan başqası üçün kəsiləni haram etmişdir". (Bəqərə surəsi, 183-cü ayə) #ŞeyxQamətSüleyman #Tövhid