У нас вы можете посмотреть бесплатно PRoMete x Jasur Nematov — Sumqayıt Uşağı (Rəsmi Musiqi Videosu) или скачать в максимальном доступном качестве, видео которое было загружено на ютуб. Для загрузки выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием видео, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса ClipSaver.ru
PRoMete-nin Jasur Nematov ilə birgə ifa etdiyi "Sumqayıt Uşağı" treki artıq onlayndır. PRoMete-yə YouTube-da abunə ol: https://mikpro.az/prometeyt Rəqəmsal platformalarda dinlə: https://bfan.link/sumqayit-ushagi Videonun ərsəyə gəlməsində göstərdiyi köməyə görə Xəqani Savalan, Rais Bəhrami, Həsən Aslanov, Sərxan Abdullayev və Rəşad Hüseynova minnətdaram. Musiqi: Jasur Nematov @jasuryuxu Söz: Məhərrəm Eminov İbrahim Eminov PRoMete Zərb alətləri: Elvin Bəşirov @BashirovBeats Bass Gitara: Nicat Paşazadə Klassik Gitara: Əli İbrahimzadə Piano: Muxtar Abseynov Violonçel: Emin Qaliyev Musiqi Prodüseri: PRoMete Səs Prodüseri: Adil Nəcəfov Masterinq Mühəndisi: Mövlud Niftəliyev Zərb Alətləri Yazılışı: Orxan Həsən Vizual Həll: PRoMete Vüsal Rüstəmov Elşad Hüseynov Cover: Lebagh PRoMete-ni sosial şəbəkələrdə izlə: Facebook: https://mikpro.az/prometefb Instagram: https://mikpro.az/prometeig Twitter: https://mikpro.az/prometetw Genius: https://mikpro.az/prometegn Sayt: https://www.promete.az/ PRoMete-ni rəqəmsal platformalarda dinlə: Keçid: https://mikpro.az/promete.dinle Sözlər: [Giriş: Jasur Nematov] Gördüm burada gör nələr! Yaşıl bağlar, dərələr Könlüm burada dincələr Xəzərin sahilində! Qoca-cavan çalışır Qız oğlanla yarışır Söhbət sözə qarışır Xəzərin sahilində! [Bənd 1: PRoMete] İndi yadıma düşəndə darıxıram Evim üçün, bir addımda idi Xəzərdən Az olmayıb, bütün dərdləri unutmuşam Həmin zeytunlu, iydəli sahilləri gəzərkən İndi gəzirəm dünyanı və tapıram dil hamıyla Soruşurlar, deyirlər: “Bunu necə bacarıram?” Mənim şəhərimdə hamı birgə yaşayırdı Və demirdi heç kim: “Mən rusam, yəhudiyəm, tataram” Hamı bilirdi, deyil əvvəldən buralı Hamı bilirdi, burada həyatı gözəldir Hamı bilirdi, burada gözəl qocalır Hər kəs bu şəhəri sevgisiylə düzəldir Bura sanki böyük dünyanın kiçik modeli Hər şey çox sadə və insanlar deyil gərgin Və bir gün nəsə oldu mənim kimya şəhərimə Sumqayıtlılarım düşdülər didərgin Yaşadım bir çox ölkədə, soruşdular: “Haradanam?” Dedim: “Dünyanın ən istiqanlı şəhərindən” Və hələ də gözümü yumanda dərhal canlanır Xatirələr… Göyərçinli şəhərimdən [Nəqərat: Jasur Nematov] Gördüm burada gör nələr! Yaşıl bağlar, dərələr Könlüm burada dincələr Xəzərin sahilində! Qoca-cavan çalışır Qız oğlanla yarışır Söhbət sözə qarışır Xəzərin sahilində! [Bənd 2: PRoMete] Doğulmuşam səksən altıda, uşağıyam doxsanların Böyümüşəm küçələrdə, fərqin bilirəm yoxla varın Bilirəm, nədir talon, müharibə, ya çörək növbəsi Bilirəm, nədir soyuqda gözləmək manatlıq taksi Görmüşəm məcburi köçkünlər yataqxanalarda Bizə bu şəhər öyrədib necə açırlar qucağı Bilmişəm, nədir fərqli şəhərlərdə doğulub Bu küçələrdə böyüyüb olmaq Sumqayıt uşağı Mənimçün Sumqayıt – 13, Təfəkkür Mənimçün Sumqayıt – 36, SRB Mənimçün Sumqayıt – SK, Kimyaçı Qaqaş, Aqşin, Əsgər, Ağalarov, bir də ki Roki Coratı tanıyıram, ora piyada çox getmişəm Cəfər Cabbarlı otaqlarında “Yuxu” dinləmişəm Məhəlli biliklərimdən imtina etsəm də Bu torpaqda atamı dəfn etmişəm [Nəqərat: Jasur Nematov] Gördüm burada gör nələr! Yaşıl bağlar, dərələr Könlüm burada dincələr Xəzərin sahilində! Qoca-cavan çalışır Qız oğlanla yarışır Söhbət sözə qarışır Xəzərin sahilində! Gördüm burada gör nələr! Yaşıl bağlar, dərələr Könlüm burada dincələr Xəzərin sahilində! Qoca-cavan çalışır Qız oğlanla yarışır Söhbət sözə qarışır Xəzərin sahilində! PRoMete və Jasur Nematov tərəfindən ifa olunan "Sumqayıt Uşağı" parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2025 Etiketlər: #PRoMete #JasurNematov #SumqayıtUşağı #mikpro